"Simurq" "Sivasspor"un sabiq futbolçusunu sınayır

24.08.2011 | 5523 dəfə oxunub

Cari mövsümdə Premyer Liqada keçirdiyi 3 oyundan 2 xal toplayan “Simurq” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Stadim.az xəbər verir ki, Zaqatala təmsilçisi artıq 2 gündür düşərgədə olan qvineyalı Kanfori Sillanı sınayır. 

Baş məşqçi Sergey Yuran yarımmüdafiəçi haqda qərar verməyə tələsmir. 

31 yaşlı Silla karyerasının müəyyən hissəsini Türkiyə klublarında keçirib. O, Superliqada mübarizə aparan “İstanbul Böyükşehir Belediyyespor”, “Sivasspor”, “Konyaspor” klublarının formasını geyinib. Futbolçu Türkiyəyə gələnə qədər vətənində “Charleroi”, “Erqotelis”, “Kalithea” kimi komandalarda oynayıb. 

2004-cü ildən Qvineya yığmasının da düşərgəsinə dəvət edilən Silla 38 oyunda meydana çıxıb. 

Klubun idman direktoru Vaqif Əliyevin sözlərinə görə, düşərgəyə başqa əcnəbi futbolçular da qoşula bilər. Hazırda bu istiqamətdə danışıqlar aparılır.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail