Böyükağa Hacıyev Prosineçkiyə məsləhət verdi

19.01.2015 | 4404 dəfə oxunub

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycanda hazırlıqlarını davam edən yerli klubların çıxışlarını izləyir. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandalarımızın hazırlıq planı barədə Goal.az saytına danışıb:
"Hazırlıqlar öz qaydasında davam edir. Antalya ilə Bakının elə bir fərqi yoxdur. Əksinə Türkiyədə yağışlı hava şəraiti hökm sürür. Ölkəmizdə bircə problem odur ki, rəqib tapılmır. Praktikanı artırmaq üçün yoldaşlıq görüşləri lazımdır. Bu səbəbdən klublarımız bir az çətinlik çəkir. Ümumiyyətlə, Azərbaycanda məşq edən klubların hazırlıq səviyyəsi yaxşıdır. "Bakı"da futbolu sevən gənclər yığışıb. Onlar üçün vəsait ikinci dərəcəli məsələdir. Özlərini Azərbaycan futbolunda sübut etmək istəyirlər. Ötən günlərdə "Bakı"nın "İnter"in əvəzedici heyəti ilə görüşünü izlədim. Düzdür "İnter"li gənclər 2-0 hesablı qalib gəldilər, amma ikinci hissədə "Bakı" kifayət qədər yaxşı təsir bağışladı. Hər üç klub hazırlıqlarını istədikləri kimi aparırlar. Komandaların maliyyə cəhətdən problemləri ola bilər, ancaq bu, onların təlim-məşq proseslərinə mane olmur. Futbolçular baş məşqçilərin nəzarəti altındadır. İstirahətləri də vaxtlı-vaxtındadır. Rus futbolunda belə bir söz var orqanizmin özünə qayıtması üçün birinci növbədə gündəlik qida və gecə yuxusu önəmlidir".

Əməkdaşımızla söhbətində təcrübəli mütəxəssis milli komandalarımız üçün bəyəndiyi oyunçuların olduğunu da vurğulayıb:

"Bakı"dan bir az kənar gəzirəm, çünki orada əsas cavanlardır. Taqim Novruzov və Ramazan Abbasov "Bakı"nın düşərgəsindədir. Onlar Azərbaycan futbolunda bir qədər tanınan simalardır. "Sumqayıt" və AZAL-dakı gənclərə Prosineçkinin baxmağı məsləhətdir. Hazırlıq bitəndən sonra öz rəyimi bildirəcəm və qeyd edəcəm ki, bu futbolçular nəzarətdə saxlasınlar. Mən demirəm bu saat gətirin millidə oynadın, amma nəzarətdə saxlamaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail