Quzanlı stadionu bağlanır

25.08.2011 | 6253 dəfə oxunub

Quzanlıda keçirilən "Qarabağ" - "İnter" matçında bayrağın qaldırılmaması və himninin çalınmaması da müzakirə obyekti olmuşdu. Stadium.az xəbər verir ki, Quzanlı İdman Olimpiya-İdman Kompleksinin rəhbəri direktoru Vaqif Balakişiyev bunları dilə gətirdi:

"İnter"lə oyun açılış matçı olduğu üçün qarşılaşmadan əvvəl toplantı keçirildi. Rayon rəhbərliyi də yeni mövsümün açılışında bayrağın qaldırılacağını və himninin çalınacağını söylədi. Lakin AFFA nümayəndəsi Namiq Məstanov buna razılıq vermədi. O dedi ki, artıq mövsümün ikinci oyunudur. Buna gərək yoxdur. O ki qaldı həmin oyunda azarkeşlərin meydana yad əşya atmasına, buna görə 13 asayiş keşikçisinə cəza tədbiri tətbiq olunub. Polis rəisi həmin oyunda təhlükəsizliyi yaxşı təmin etmədiyi üçün onları cəzalandırıb. "Qəbələ" ilə oyunda mühafizə güclənmiş rejimdə işləyəcək. Stadiona oturacaqların sayında azarkeşlər buraxılacaq. Qalanları isə oyunu kənardan izləyəcəklər".

Balakişiyev arenanın təmiri və stadionun qazonunun yaxşı hala gətiriləcəyini də vurğuladı: "Belə bir fikrimiz var ki, "Qəbələ" ilə oyundan sonra stadion təmirə bağlansın. Ot örtüyünün yaxşı vəziyyətdə olması üçün istirahət vermək lazımdır. Ötən gün mütəxəssislər bununla bağlı rəylərini verdilər. İndi nəzərdə tutmuşuq ki, bu oyundan sonra təmir işlərinə başlayaq. Arenada yenidənqurma işləri aparılacaq, oturacaqların yararsızları dəyişdiriləcək və meydançanın ot örtüyü dəyişdirilib xüsusi qulluq ediləcək".



premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail