Elçin Məmmədov: "Bunlar hakimliyin inkişafı üçün vacibdir"

21.01.2015 | 3529 dəfə oxunub

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında, eləcə də I Divizionda idarəçilik edən hakimlərimiz yanvarın 13-dən etibarən "Əlincə" klubunun təlim-məşq bazasında hazırlaşırlar. Stadium.Az xəbər verir ki, hazırlığa futzal üzrə FİFA referisi Elçin Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı barədə Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən Məmmədov bir sıra məqamlara toxunub:

"Hazırlığa 38 nəfər cəlb olunub. Təlim-məşq toplanışında əvəzedici heyətlərin, eləcə də I Divizion klublarının oyunlarını idarə edən hakimlərlə yanaşı, aşağı yaş qruplarında ədaləti qoruyanlar da iştirak edirlər. Qaydaların tətbiqinin izahı Premyer Liqanın hakimləri üçün nəzərdə tutulan proqram əsasında həyata keçirilir. Hazırda biz hava şəraitindən asılı olmayaraq, öz məşqlərimizi davam etdiririk".

Məmmədov əlavə edib ki, hakimlərin fiziki hazırlığına xüsusi önəm verilir: "Fiziki hazırlıq planını Namiq Quliyevlə müzakirə etmişik. Həmin plan əsasında çalışırıq. Gündə iki dəfə fiziki hazırlıq məşqləri təşkil olunur. Bundan əlavə, hər gün hakimlərin çəki prosesi olur. Hakimlərin çəksinə ona görə nəzarət edirik ki, fiziki hazırlıqda problem yaranmasın. Düşərgəyə qonaqlar da gəlir. Onlar öz təcrübələrinə əsasən hakimlərə tövsiyyələrini verirlər. İdarə olunan yoxlama görüşləri hakim-inspektorların köməyi ilə təhlil olunur və müzakirələr aparılır. Bütün bunlar hakimliyin inkişafı üçün vacibdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail