Ukraynalı qapıçının Azərbaycanda oynayacağı dəqiqləşdi

21.01.2015 | 3460 dəfə oxunub

Azərbaycan klubları ilə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, bir-iki gün ərzində yeni klubumla müqavilə imzalayacam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Volın" klubunun qapıçısı Sergey Litovçenko Ukrayna mətbuatına açıqlamasında deyib. 35 yaşlı qolkiper onunla maraqlanan Azərbaycan klubunun adını çəkməsə də, böyük ehtimalla karyerasını ölkəmizdə davam etdirəcəyini bildirib:

"Mənim başqa seçim imkanım da var. Ancaq 90 faiz Azərbaycanda oynayacam. Orada yaxşı mütəxəssislərlə işləmək imkanım var. Mənim üçün qapıçılar üzrə yüksək səviyyəli məşqçilərlə işləmək çox önəmlidir. Çıxış edəcəyim yeni klubum da bu keyfiyyətlərə malikdir".

Qeyd edək ki, Litovçenko karyerası ərzində "Dauqava" (Latviya), "Tavriya", "Arsenal" (Kiyev) və "Volın" kimi klubların şərəfini qoruyub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail