Robert Prosineçki: "Lazım olan bütün məlumatlar əlimdədir"

22.01.2015 | 3745 dəfə oxunub

"Burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm. Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər".

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məqşçisi Robert Prosineçki deyib. Antalyada təlim-məşq toplanışında olan klublarımızın məşq prosesini və yoxlama oyunlarını izləyən xorvatiyalı mütəxəssis fikirlərini affa.az saytına açıqlayıb:

"Hələ ki gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır. Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir".

Prosineçki millinin qapılarının hər kəsin üzünə açıq olduğunu bildirib: "Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür. Buna zamanım yetməz".

Prosineçki millinin qarşıdakı yoldaşlıq matçı haqda da danışıb: "Millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail