"Qəbələ": Antalyada 50-ci, xarici klublarla 70-ci

23.01.2015 | 2989 dəfə oxunub

“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.

Stadium.Az xəbər verir ki, bu matç “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq. Belə ki, komanda qonşu ölkədə 50-ci sınağına çıxacaq.

İlk dəfə 2006-cı ilin yayında Türkiyədə toplanış keçib, yoxlama matçlarında gücünü sınayan “Qəbələ”nin 1-ci rəqibi yerli “Zeytinburnu” olub. Həmin görüşdə 0:1 hesabı ilə uduzan komanda artıq 11-ci dəfə yollandığı qardaş ölkədə 49 matça çıxıb. Bu oyunlardan 47-si xarici klublarla, ikisi isə “Neftçi”yə qarşı olub. “Kuban”la qarşılaşmayadək Antalyada 20 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda “qırmızı-qaralar” 75, rəqibləri 60 qol vurub.

Antalyada xarici klublarla 48-ci matç olsa da, ümumilikdə 70-ci dəfədir ki, “Qəbələ” əcnəbi komanda ilə yoxlama oyununa çıxır. Sloveniya, İngiltərə, Hollandiya, Avstriya ilə yanaşı, doğma meydanda da beynəlxalq yoxlama oyunu keçirən “qırmızı-qaralar” belə görüşlərdə 30 qələbə qazanıb, 14 heç-heçə edib və 25 dəfə uduzub. Bu matçlarda komanda 101 qol vurub, 79-nu buraxıb. “Vorskla” ilə oyunda Ruslan Fominin vurduğu qol beynəlxalq matçlardakı 100-cü top olub.

Bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun futbolçuları “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail