Millimizin baş məşqçisi: "2 yoxlama oyunu keçirmək istəyirik"

23.01.2015 | 3428 dəfə oxunub

“Müvafiq oyunların hamısını izləməyə çalışırıq. Təkcə oyunlara yox, məşqlərə də baxırıq. Elə futbolçular var ki, potensiallarından aşağı çıxış edirlər. Bir qismi isə, əksinə, indi daha yaxşıdırlar. Axtarışlarımız davam edir. Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacağıq. Həmin müddətdə 2 yoxlama oyunu keçirmək istəyirik. Bu istiqamətdə işlər gedir.

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan U-21 yığmasının baş məqşçisi Yaşar Vahabzadə deyib. Türkiyənin Antalya şəhərində Premyer Liqa klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləyən mütəxəssis affa.az saytına açıqlama verib: 

"Komanda yeni olsa da, artıq 2 dəfə biraraya gəlib. Ötən ilin oktyabrında Almaniyada, noyabrda isə Maltada təlim-məşq toplanışında olduq. Maltada olarkən bu ölkənin U-21-i ilə yoxlama oyunda da gücümüzü sınadıq. U-21-ə mütəmadi dəvət edilən futbolçular yenə komanda ilə birgə olacaqlar. Belə demək mümkünsə, komandanın özəyi var".

Vahabzadənin fikrincə U-21-in üzvləri klublarında əsas komandaya düşməlidilər: "Təəssüf ki, U-21-in əksər üzvləri klublarında əsas deyil, əvəzedici komandada çıxış edir. Halbuki onlar əsas komandaya düşməli, ustalıqlarını artırmalıdırlar. Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail