Vaqif Sadıqov: "Hiss olunur ki, komitəyə inam böyükdür" - MÜSAHİBƏ

23.01.2015 | 3889 dəfə oxunub

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov affa.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Antalya səfəriniz yekunlaşmaq üzrədir. Səfər təəssüratlarınızı ümumiləşdirsək, hansı qənaətə gəldiyinizi deyə bilərsiniz?
- Burada olduğumuz müddəti səmərəli və işgüzar keçirdik. Klublarımızın, ən əsası isə aşağıyaşlı futbolçulardan ibarət yığmalarımızın oyunlarını, məşqlərini izlədik, baş məşqçiləri ilə söhbətləşdik. Görüşlərdən də hiss olunur ki, komitəyə inam böyükdür, gələcəkdə Azərbaycan futboluna xeyir verəcək addımlar gözləyirlər. Bütün sağlam qüvvələri birləşdirib, futbolumuz naminə işlər görmək istəyirik. Antalyada olduğumuz müddətdə maraqlı görüşlərimiz oldu. Həm U-17, həm də U-16-nın məşqçiləri ilə görüşdük. Futbolçulara çatdırdıq ki, gələcəkdə onlara böyük ümidlər bəsləniliir. Öz üzərlərində işləməli, inkişaf etməli və futbolumuza xeyir verməlidirlər. Bu proseslər vacibdir. Klubların bizi dinləməsi, fikir mübadilələrinin qarşılıqlı anlaşma şəraitində keçməsi də xoş haldır. Bu işlərin bəhrəsini gələcəkdə mütləq görəcəyik.
 
- Klublarımızın çempionatın ikinci yarısına hazırlığı Məşqçilər Komitəsinin üzvləri tərəfindən necə dəyərləndirilir?
- Əgər Azərbaycan futbolunun inkişafından danışırıqsa, ilk növbədə klublara diqqət yetirməli, onlardan başlamalıyıq. Klublarımız çempionatda iddialı olmalı, yüksək yerlər uğrunda mübarizə aparmalı, avrokuboklarda da öz sözlərini deməlidirlər. Hazırkı mənzərəyə diqqət yetirsək, klublarda işlərin peşəkar səviyyədə qurulduğunu görərik. Aparılan işlər tezliklə bəhrəsini verəcək. Klub-yığma sistemini bərpa etməklə, onların maraqlarını üst-üstə qoymaqla inkişafa nail olacağıq. Yenə deyirəm, səfər çox səmərəli, faydalı keçdi.
 
- Millinin futbolçuları toplanışlarda və yoxlama oyunlarında necə təsir bağışlayırlar?
- Milli komanda haqda çox danışmaq istəmirik. Çünki baş məşqçi də burdadır və köməkçiləri ilə birgə oyunları, məşqləri izləyir. Ehtiyac duyulsa, biz müəyyən tövsiyələr verə bilərik. Ancaq yığmanın üzvlərinin özlərini yaxşı tərəfədən göstərdiklərini deyə bilərəm.
 
- Diqqətinizi xüsusi cəlb edən futbolçular oldumu?
- Konkret adlar çəkmək istəmirəm. Amma belə futbolçular olub. Prosineçki və köməkçiləri bütün futbolçuları diqqətdə saxlayır.
 
- Klublarla, eləcə də yığma komandalarla görüşdüyünüzü dediniz. AFFA rəhbərliyinə təqdim etmək üçün hansı təklifləri hazırlayırsınız?
- Bunları sistem, layihə halına salmaq üçün müəyyən vaxt lazımdır. Biz indi tövsiyə xarakterli böyük layihə hazırlayırıq. Həmin təklifləri AFFA rəhbərliyinə təqdim edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail