Reynaldo: "Sonralar yenə məni Azərbaycan yığmasında görmək istəsələr..."

23.01.2015 | 4428 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun müsahibəsin təqdim edirik:

Komanda artıq təlim-məşq toplanışının yarısın başa vurub. Hazırlıqlar necə keçir?
-Burda hər şey yaxşıdır. Komandada bizi hər şey qane edir. Zədədən sonra optimal formaya qayıtmaq üçün əlimdən gələni edirəm. Yenidən çempion olmaq, komandama fayda vermək istəyirəm. Məncə, qayıdışım lap yaxşı olacaq. Çünki burada çox yaxşı məşq edirik və ilk oyundaca qol da vurdum. Hər şeyin yaxşı olacağını demək olar. Məşqlərimiz də çox yüksək səviyyədə davam edir.

Səni uzun müddətdir meydanda görmürdük. Avropa Liqasının qrup mərhələsindəki son oyunlarda iştirak edə bilmədiniz. Oyunlara kənardan baxmaq necə hislər idi sizin üçün?
- Komanda yolaşlarımın arasında olmasam da, bütün oyunları tribunadan izləyirdim. Hamı yaxşı oynamışdı. Qrupdan çıxmağımıza isə hakim səhvi mane oldu. Əgər çexiyalı hakim o qolu hesaba alsaydı, indi biz qrup mərhələsindən çıxmışdıq və növbəti oyun üçün hazırlaşırdıq.

Bir müddət əvvəl oynadığınız matçlarda çox vaxt ötürmə vermədiyinizə görə azarkeşlər və mətbuat tərəfindən tənqid olunmağa başlamışdız. Bunlar sənə necə təsir edirdi?
- Əgər həmin oyunlarda qol vursaydım, heç kim elə deməzdi. Amma bir şeyi nəzərə almaq lazımdır ki, oyunun gedişində yanında kimin olduğunu dəqiq bilmirsən. Qapıçı ilə üz-üzə qalan futbolçu mübarizədən qalib çıxmağa çalışır. Sadəcə, insan bu istəyinə həmişə çata bilmir. Mən azarkeşlərin və mətbuatın səhv yazdığını demək istəmirəm. Amma oyun zamanı biz tribunada oturanlar qədər nə rahatıq, nə də onlar kimi meydanı kənardan yaxşı görə bilirik.

Bu mövsüm konkret olaraq qarşınıza məqsəd qoymusuz ki, neçə qol vuracaqsız?
- Əsas hədəf ölkə çempionu olmaqdır. Əlbəttə, çoxlu qol vurmağı da istərdim. Amma əsas məqsəd komandamla çempionluğu bayram etməkdir. Əgər qol vurmasam belə komandamın qələbə qazanmasında əməyim keçirsə, bu özü mənim üçün fəxrdir. Əsas olan isə fərdin yox, komandanın oyunudur.

Vaxtilə Azərbaycanın ən yaxşı legioneri olan Reynaldonun indi geriləməsi nə ilə bağlıdır?
- Mənə elə gəlir ki, oyun səviyyəm aşağı düşməyib. Hələ də qollar vururam. Hətta bir neçə qolum sayılmadı ("Sumqayıt"a vurduğu qolları nəzərdə tutur). Avroliqanın qrup mərhələsində fərqlənə bilmədim. Amma bundan sonra daha çox qol vurmağa çalışacağam. Elə bunun üçün də indi hazırlığa xüsusi önəm veririk.

- Artıq iki ildir Azərbaycanda oynayırsınız. Millimizə dəvət almaq üçün daha üç il burada çıxış etməlisiniz. Bunu gözləyəcəksiniz, yoxsa sizin üçün fərqi yoxdur?
- İlk növbədə "Qarabağ"ın oyunlarına köklənmək istəyirəm. Əgər sonralar yenə məni Azərbaycan yığmasında görmək istəsələr, oynayaram. Əsas hədəfim "Qarabağ”la uğur qazanmaqdır. Mən bütün fikrimi bu istiqamətdə yönəltmişəm.

Robert Prosineçki ilə bu barədə söhbətiniz olmayıb? Yəni xorvat məşqçi səni Azərbaycan millisində görmək istəməsi barədə xəbər verməyib?
- Belə bir təklif gəlməyib. Çünki hazırda klubumla təlim-məşq toplanışındayam. Bu barədə nəsə olsa, yəqin ki eşidərdim.

Bundan sonra hələ neçə il Reynaldonu "Qarabağ"da görə biləcəyik?
- "Qarabağ" məni isti qəbul etdi. Əgər burada yaxşı oyun sərgiləməyə davam etsəm, niyə də olmasın? Amma bunun üçün öz üzərimdə daha çox çalışmalıyam. Mən buradan məmnunam və "Qarabağ”dan getmək kimi bir fikrim yoxdur. Mən çox yaxşı bir komandada oynadığımı düşünürəm.

Sizə həm azarkeşlərin, həm də klub rəhbərliyinin çox böyük inamı var. Bu mənada üzərinizdə təzyiq hiss etmirsiniz?
- Razıyam ki, bizim futbolçulardan, məşqçilərdən daha böyük uğurlar gözləyirlər. Biz də azarkeşləri sevindirmək üçün daha yüksək nəticələrə imza atmaq istəyirik. Bunun üçün də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Premyer Liqada əsas rəqib kimi hansı komandaları görürsüz?
- Mən konkret olaraq ad çəkmək istəmirəm, çünki bütün rəqiblərə hörmətlə yanaşırıq. Əsas olan bizim öz oyunumuzdur. Bunu lazımınca edə bilsək, əsas hədəfimizə də çatacayıq. (Goal.Az) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail