Ramin Musayev azərbaycanlı veteran futbolçuları təhqir etdi

25.01.2015 | 2884 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada bir qrup azərbaycanlı jurnalistə müsahibə verib. Müsahibədə o, bir sıra məqamlara toxunub. Stadium.Az bu müsahibəni təqdim edir:


- Mətbuatla bağlı işlərinizdə vəziyyət necədi, münasibətlər yolundadırmı?

- Mətbuatla çox mehribanam.

- Deyəsən, daha əvvəlki kimi təzyiq yoxdur sizə.

- Onu siz deməlisiz, mən yox. Mətbuat o vaxt təzyiq edər ki, görərlər, PFL işləmir, Ramin müəllim işdə deyil. Bilirsiz ki, PFL-də nə Yeni il bayramı var, nə də Novruz bayramı. Biz tərəflərdə bir qarğış var, deyir, görüm, Allah sənə “altı-bazar” verməsin. Bizdə hər gün iş var və mətbuat da görür ki, PFL mətbuata həmişə diqqət ayırır. Bilirsiz ki, PFL-dən hər bir mətbuat işçisinə sorğusuna cavab verilir. Klubların adi vitse-prezidentinə zəng vurursuz, telefonu həftələrlə götürmürlər, amma hansı biriniz mənə zəng vurmusuz, telefonu götürməmişəm? Bu mümkün deyil. Çünki mənim mətbuat işçilərinə böyük hörmətim var.

- Razısızmı ki, Azərbaycan Premyer Liqasında hazırkı mövsümü son illərin ən maraqsız mövsümü?

- Elə bir şey yoxdu, amma ehtimal var ki, bu çempionat ötən illərlə müqayisədə səviyyəcə zəif olsun.

- "Araz Naxçıvan"ın dağılması, "Bakı"dakı problemlər, bunlar çempionatın zəiflədiyini göstərən amillər deyilmi?

- Bir "Araz Naxçıvan"la çempionat dağılmadı ki. Bu dəqiqə hansı dövlətin futbol klublarında problemlər yoxdu? Bizim ölkə klublarının 6-sı burda - Antalyadadır.

- "Araz Naxçıvan"ın dağılması, Premyer Liqadakı klublarımızın ard-arda maliyyə problemləri yaşaması, builki çempionatın daha zəif olmasını göstərir və bu da PFL-in imicinə zərbə vurur...

- PFL-in imicinə o vaxt zərbə dəyər ki, reytinqdə geri düşərik. PFL yaranandan yüksəlirik. Düzdü, zəiflik var, amma unutmayaq ki, o biri dövlətlər də zəifləyir.

- Klublarımızda yaranan problemlərin ölkəmizdə keçiriləcək Avropa oyunları ilə əlaqəsi ola bilərmi?

- Avropa oyunlarının bizim klublarla nə əlaqəsi ola bilər? Bütün dünyada bu gün böhran var. Biz onlardan çox-çox şükürlüyük. Bizim klublardakı problemlər də dünyadakı maliyyə böhranı ilə əlaqədardı. Bir türk futbolçu var, keçən il bir klubun 5 milyonluq təklifinə "naz" edirdi, bu gün meneceri həmin kluba deyir ki, 1 milyon verin, gətirim. "Lans"ın vəziyyətini bilirsiz, bizim pulumuz olmasa, dağılırdı. Maliyyə böhranı bütün dünyada var. Sağ olsun ölkə başçımız, hələ ki bunu bizə hiss etdirmir. Baxın Rusiyaya, hər gün neçə milyon itirir. Digər ölkələrlə müqayisə etsəz, ən yaxşı vəziyyət bizdədi.

- Məsələ ondadı ki, problem bütün klublarımızda var. Hətta "Bakı" çempionata buraxılmaya bilərdi...

- "Bakı"nın bugünkü oyunundan razısızmı? Mən razıyam şəxsən. "Bakı" gözəl oyun göstərir. Ordakı uşaqlardan biz çox şey gözləməliyik. O uşaqlar oynayacaqlar, məndə məlumat var ki, hazırda o kluba yerli oyunçular çağırılır.

- "Xəzər Lənkəran"ın iddiasını itirməsi, "Bakı"nın bu formada olması, "Araz Naxçıvan"ın dağılması PFL-in işini asanlaşdırmadı ki?

- Asanlaşdırmadı, əksinə, narahat etdi. Mən işdən qorxmuram.

- Mövsümün sonunda necə olacaq, bir komanda birinci diviziona düşəcək?

- Yüz faiz. Ən azı bir komanda düşəcək, iki komanda gələcək. Məşqçilər Komitəsinin üzvləri və Robert Prosineçki ilə danışdıq. Çalışacağıq ki, 12 komanda olsun.

- Yəni aşağı diviziondan iki komanda gələcək. Varmı aşağı komandadan gələ biləcək komandalar?

- Bəli, var.

- "Araz Naxçıvan" kimi sonra başınıza oyun açmazlar?

- Açmazlar, inşallah.

- Milli komandanın yeni baş məşqçisinin adını çəkdiniz. Onun təyinatı haqda nə düşünürsüz?

- Dəstəkləyirəm, alqışlayıram və işini görməsəm də, bu günə qədər atdığı addımlar tam ürəyimcədi.

- Məşqçilik karyerası ilə maraqlanmısız?

- Azərbaycana yaxşı karyerası olan və heç nə yarada bilməyən azmı məşqçi gəlib?

- Gəlib. Toşak, Mustafa Dənizli...

- Ay sağ ol. Ona görə də heç vaxt fikirləşməyin ki... Onun necə məşqçi olduğunu işi göstərəcək. Biz bütün yükü onun boynuna atmayaq. Bu tək onun işi deyil. Burada hər birimizin əziyyəti olmalıdı. Futbola ürəyi yanan adam çayxanada, evində baxmamalıdı futbola. Gəlməlidi stadiona, dəstəyini verməlidi. Azarkeşlər gərək stadiona gəlsinlər ki, oyunçular da, heç olmasa, məcburiyyət qarşısında qalıb ürəklə oynasınlar. Yoxsa millinin oyunlarına 500 adam gəlir. Niyə? Sonra danışırıq ki, niyə filankəs oynamadı?

- Niyə "Qarabağ", "Neftçi" Avropada oynayanda dolur stadion?

- Bu sualı mənə vermə, stadiona gəlməyənlərə ver. Mən millinin bütün oyunlarına gedirəm.

- Deməli sevdirə bilmirik də yığmanı.

- Əgər biz yığmadan danışırıqsa... Yığma deməyək, milli komandadan danışırıqsa...

- Yox, elə yığma deyək.

- Milli deyək.

- Foqtsun yığdığı komanda yığma idi. Hər millətdən futbolçu yığmışdı.

- Medvedyev hansı millətdəndi?

- Azərbaycanlıdı. Rus əsilli, azərbaycanlıdı. Və azarkeş problemi təkcə millidə deyil. Premyer Liqa oyunlarına da az azarkeş gəlir. Nədi problem. Premyer Liqanı niyə sevdirə bilmirsiz?

- Əgər klublarda işlər düz getsə, həmin klubun azarkeşi olar. Hansı klubda iş düzgün qurulubsa, azarkeşi gəlir oyunlarına.

- Ramin müəllim, PFL başqanı kimi ən zəif nöqtəniz nədi?

- Mənim zəif nöqtəm yoxdu.

- Olubmu ki, iş prosesində özünüzü çarəsiz hiss etmisiz. Nəyisə dəyişə bilərsiz, amma gücünüz yetmir və dəyişə bilmirsiz.

- Özümü gücsüz hesab etməmişəm. Bəzən olur ki, bir iclasda yığışırıq, klubların taleyindən söhbət gedir, ancaq bir klub rəhbəri futboldan danışmır. Bəzən otururuq bir yerdə, bir də görürsən, veteran futbolçular elə fikir irəli sürürlər ki… Onları çoxunuz tanıyırsız. Boş-boş danışmaqdan başqa işləri yoxdu. Siz də onlara korifey deyirsiniz.

- … Və AFFA onlara hər ay boş-boşuna təqaüd ayırır…

- Mən AFFA-dan danışmadım. Özümdən danışıram. Bax onlarla eyni masa arxasında oturanda düşünürəm ki, gör nə qədər əlacsızam...

- Ramin müəllim, pulunuz olsa Azərbaycanda klub yaradarsız?

- Yox, çünki havayı pul xərcləməzdim. Əvəzində, futbol məktəbi yaradardım - xeyir vermək üçün.

- Az öncə bəzi klub rəsmilərinin, futbolçuların, mütəxəssislərin qeyri-peşəkarlığından danışdınız. Elə adamlarla hansı inkişafa ümid etmək olar?

- 2 il bundan öncəyə baxsaq və indiki durumu da gözdən keçirsək, görərik ki, irəliləyiş var. Əgər 3 ay bundan öncə İtaliya komandası Bakıda məğlub oldu getdi, mən necə deyə bilərəm ki, inkişaf yoxdu? “Qarabağ” özbaşına çıxmamışdı ki ora? O biri klublarımızla mübarizə aparıb çıxmışdı da.

- Bir komandanı meyar tuturuqsa, o zaman ancaq “Qarabağ”ı avrokuboklara buraxaq.

- 90 milyonluq Türkiyənin neçə komandası var hazırda avrokuboklarda? “Qarabağ” “Simurq”la, “Sumqayıt”la, “Neftçi”, “Xəzər Lənkəran” və digər klublarımızla mübarizə aparamasaydı, çıxa bilməzdi ki, avrokuboklara. Deməli inkişaf var.

- Premyer Liqamız reytinqdə irəliləyib, ancaq milli komandamız qayıdıb 10 il öncəki vəziyyətinə. Məntiq niyə tərsinə işləyir?

- İnşallah, bundan sonra uğur olacaq. 

- Amma inkişaf edən Premyer Liqamızda çıxış edən futbolçularımız millidə də oynayırlar. Məntiqlə millimiz (sözümüzü kəsir)...

- Onlar millidə pul almırlar. Ona görə də onlar üçün milli o qədər də vacib deyil.

- Kaxaber Sxadadze ilə bağlı mətbuatda fikir ayrılığı var. Bir tərəf deyir yaxşıdı, digəri isə onu bəyənmir. Bəyənənlər deyir, yaxşı komanda yaradıb, bəyənməyələr deyir, bu neçə ildə neçə azərbaycanlı futbolçunu üzə çıxarıb? Siz necə düşünürsüz?

- Hər kəsin öz fikri var. Kaxa azərbaycanlı futbolçu yetişdirmir. Amma bir şey var. Limitlə bağlı qərarı pozmursa, yerli futbolçular pulu fikirləşib qaçırlarsa, o nə etsin? Mən bu sözü Kaxaya demişdim. Ancaq gəlib fikirləşdim ki, hansı futbolçu onun yanından getdikdən sonra uğurlu çıxış edib? Kaxa 5 ildə necə futbolçu yetişdirsin?

- Futboldan çox pulu düşünən futbolçular çoxdumu?

- 99 faizi.

- Klub rəsmiləri, futbolçuları pulu fikirləşən ölkədə futbol inkişaf edə bilərmi?

- Mən klub sponsorlarına üzümü tutub deyirəm ki, yaxşı-yaxşı fikirləşin, görün hara və kimlər üçün pul xərcləyirsiz.

- İlk dövrədə ən çox başınızı ağrıdan klub hansı idi?

- Heç biri. Olurdu zənglər, o da elə-belə. Hakimlərlə bağlı şikayətlər idi…

- Niyə məhz sizə? Axı dəfələrlə demisiz ki, hakimlərə mən baxmıram?

- Nə olsun? Çempionatı ki, mən keçirdirəm. Məni klublar seçiblər, onların problemlərinə görə mən cavabdehəm…

- Əsl Azərbaycan çempionatı nə vaxt keçiriləcək?

- Bütün bölgələrdəki imkanlı şəxslərdə vətən sevgisi oyanandan sonra.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.08.2019

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi