Emin İmaməliyev: «Qarabağ»ın çempionluq şansı bitməyib»

07.01.2011 | 3500 dəfə oxunub

Emin İmaməliyev «Qarabağ»ın ən təcrübəli futbolçularından sayılır. Baxmayaraq ki, cəmi 30 yaşı var, İmaməliyev futbolçu karyerasının zənginliyi ilə öyünə bilər. 2003-2005-ci illər aralığında «Qarabağ»ın sıralarında top qovan Emin 3 illik fasilədən sonra yenidən öz sevimli komandasına geri döndü və artıq 3 ildi «Qarabağ»ın uğurları üçün tər tökür. O, danışmaqdan daha çox işləməyə üstünlük verir. Daim peşəkarlığı ön plana çıxır və işi ilə diqqəti cəlb edir. Çempionatın ilk yarısında zədə səbəbindən çox da oynamaq şansı əldə etməsə də, oynadığı məqamlarda bütün bacarığını ortaya qoymağa çalışır. Avrokuboklarda 2, Premyer Liqda 2 qol vuran və 2 ötürmə verən Emin çempionatın ikinci yarısına ümidlə baxır: «Zədə səbəbindən ilk dövrədə demək olar ki, 2 ay oynamadım. Düzdü, zədə futbolun ayrılmaz hissəsidir. Amma qəribədir ki, zədə hər zaman məni formamın zirvəsində «haqlayır». İnşallah, yaranmış fasilə yerinə düşdü. Həm komandamız, həm də mənim üçün.  Avrokuboklarda uzun yol keçmişdik. Komandanın 6-7 ay zədədən əziyyət çəkməsi normaldır. Amma buna baxmayaraq komanda sona yaxın toparlana bildi. Antalyadakı keçirəcəyimiz toplantının xeyrimizə olacağını düşünürəm. Belə baxanda liderdən cəmi 8 xal geridəyik. Hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Komandamızda 25 futbolçu var. Rəqabət yetərincə yüksəkdir. BÜtün bunların komandanın xeyrinə olacağını düşünürəm. İnşallah, «Qarabağ» qışdan sonra daha yaxşı çıxış edəcək».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail