"Mən "İnter", "Simurq" kimi komandalarda oynamışam" - MÜSAHİBƏ

27.01.2015 | 3788 dəfə oxunub

21 yaşlılardan ibarət millimizin, həmçinin "İnter" və "Simurq"un sabiq futbolçusu Ruhid Usubov hazırda gələcək taleyi sual altında olan İmişlinin "Mil-Muğan" klubunda forma geyinir. İmişli futbolunun yetirməsi olan Ruhid müsahibə verib:

-"Mil-Muğan"ın son durumu ilə bağlı məlumat verərdin. Hal-hazırda klubdakı vəziyyət nə yerdədir?
-Klubdaxili iclas keçirildi. Bildirdilər ki, vəsait ayrılacaq. Bu həftə maaşlarımızı  verəcəklərini deyirlər. Biz artıq 3 aydır ki, maaş almırıq. Biz rəhbərliyə inanıb, sabahdan məşqlərə başlayacağıq.

-Komandanın bu vəziyyətinə düşməsinin səbəbini nədə görürsən?
-Sadəcə olaraq maddi problemə görə bu cür vəziyyətə düşmüşük, başqa heç nə.

-Rəhbərliyin vəsait ayırmaq istəməməsi nəticələrə görə ola bilər?
-Vallah, nə deyim. Əslində çempionata pis başlamamışdıq. Bircə "lipa" problemimiz oldu. "Lipa" tutdular və xallarımız silindi. Ona görə də "Mil-Muğan" hal-hazırda aşağı yerlərdə qərarlaşıb.

-Maddi problem həl olunsa, "Mil-Muğan" uğurlu çıxış edə biləcək?
- Qardaş, hər şeyin başı puldur. Pul olandan sonra "Mil-Muğan" yaxşı çıxış edəcək. Vəsait olmayanda uşaqlarda məşqə gəlməyə həvəs olmur. İmişilidə oynamaq istəyənlər var, sadəcə hər kəs öz dərdindədir. Komandanın çoxu ailəli uşaqlardır. Pul olmayandan sonra  ailəsini necə dolandırsın.

-Ola bilərmi verilən söz, elə söz olaraq qalsın. Bu mümkündür?
-Bizə rayonun icra başçısı bildirib ki, hər şey yaxşı olacaq. Biz ona inanırıq. Ona görə də sabahdan məşqləri bərpa edəcəyik.

-Uzun müddət Premyer Liqada oynamısan. Birinci Divizionda çıxış edən futbolçular niyə Premyer Liqaya qalxa bilmirlər?
- Qeyri-peşəkar yanaşırlar ona görə. Günah futbolçunun özündədir. Başqasında səhv axtarmaq lazım deyil.

-Sən də Birinci Divizionda çıxış edirsən. Bu, sənə də aiddir?
-Bu vəziyyətə düşməyimin səbəbkarı özüməm. Düzdü məndə bəxtislizk də oldu. Çünki uzun müddət zədəli oldum. Ağır əməliyyat keçirmişdim. Ondan sonra toparlana bilmədim. Bir neçə müddət futbolsuz qaldığıma görə, çətin oldu. Mən "İnter", "Simurq" kimi komandalarda oynamışam. İndi yavaş-yavaş əvvəlki fornama qayıdıram.

-Premyer Liqadan təklif gələrsə, "Mil Muğan"da qalarsan yoxsa ?
-Hər bir futbolçunun arzusudur Premyer Liqada oynasın. Düzdü 7 il Premyer Liqada oynamışam. İnşallah, təklif gələrsə əlbəttəki oynamaq istəyərəm. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail