Qurban Qurbanov: "Mənim Vüqar Nadirova həmişə iradlarım olub" - MÜSAHİBƏ

27.01.2015 | 6165 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  “Legiya”yla oyundan sonra Stadium.Az saytının Antalyaya ezam olunmuş əməkdaşına qarşılaşma barədə müsahibə verib:

- Əvvəlcə “Legiya”yla oyun barədə fikirlərinizi bildirərdiz...

- Məncə normal oyun alındı. Futbolçuların durumu pis deyildi. Yükləmələri azaldıb, tam oyuna hazırlaşmışdıq. Futbolçularda oyuna yaxşı kökləndilər. Qarşılaşma da pis alınmadı. Hər iki komanda öz oyun üslübundan kənara çıxmadı. Yaxşı oyun sərgilədilər. Futbolçularımız hələ tam hazır deyil, amma ümümi oyuna gəldikdə, bəzi səhvlərimiz oldu. Buna baxmayaraq, komanda sona kimi oyunu nəzarətdə saxlaya bildi.

- Ötən oyunda komanda ağır idi. Bu gün isə kifayət qədər hərəkətli təsir bağışladı. Bunu məhz yükləmələrin azaldılmasıyla bağlamaq olar?

- Mütləq. İndi elə bir dövdür ki, toplanışın soonunda da futbolçular optimal formada olmayacaq. Məşqlər, yükləmələr, psixoloji yorğunluq, hamısı üst-üstə yığılıb. Bu səbəbdən indi istədiyimiz performansı futbolçulardan ala bilmərik. Çalışırıq ki, işimizi düzgün quraq və oyunçular nə çox yüklənsinlər, nə də az. Mən daha əvvəl də demişəm, komanda optimal formaya çempionatda 3-4 oyun keçirəndən sonra düşəcək. Ümumən yaxşı oyun oldu. Hər iki komanda bir birinə hörmətlə yanaşdı.

- Vüqar Nadirov bir neçə səhv etdi. Ona iradlarınız olacaq?

- Mənim Vüqar Nadirova həmişə iradlarım olub. O cümlədən də hər bir futbolçuya. Əsasən də yaxşı oyunlardan sonra. Onlara daim tərif versək, yaxşı alınmaz. Aexayınlıq onlara pis təsir edər.

- Diasa niyə şans vermədiz?

- Biz çalışdıq ki, futbolçular 90 dəqiqə meydanda olsun. Reynaldonu ona görə əvəzlədim ki, toplanışa gec qoşulmuşdu. Məşqlərə komandayla gec başlamışdı, ona görə. Leroy da yorğun olduğu üçün dəyişdim. İki gündən sonrakı oyunda çalışacağıq komandada hamı oynaya bilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail