TRİM-İN GƏNCƏ FİLİALINDA GƏLƏCƏYİN QAPIÇILARI YETIŞDİRİLİR FOTOLENT

28.01.2015 | 3853 dəfə oxunub

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi müəllimləri - İdman ustası Xəyal Zeynalov və Tariyel Hüseynov qapıçılarla təlimləri davam etdirir. Stadium.Az xəbər verir ki, havanın soyuq keçməsinə baxmayaraq "Gənc Aslanlar" məşqlərə həvəslə qatılırlar. Hazırlıq prosesini əsasən Gəncə şəhər Mərkəzi stadionun yardımçı meydaçasında keçirlər. Bundan başqa mərkəzin inzibati binasında həftədə bir dəfə seminar təşkil olunur. Burada qapıçının əsas vəzifələri izah edilməklə yanaşı, video çarxlar da nümayiş olunur. Onlara həmçinin psixoloji dərslər keçirilir. 
Gənc mütəxəsis Xeyal Zeynalovun verdiyi məlumata görə qapıçılarla xüsusi məşqlərin yaradılmasını müsbət dəyərləndirib və artıq faydasını gördüklərini də vurğulayıb. Buna misal olaraq AFFA-nın təşkil etdiyi U-12 liqasında Qərb-Gəncə regionu üzrə düzənlənən yarışda qapıçıların fərqlənməsidir. Belə ki, TİM (Gəncə) komandasının çərçivə qoruyucusu Elgün Bayramov rəqib futbolçularının qol sevincini ürəyində qoyub. Onun sayıqlığı nəticəsində komandası liderliyi ələ keçirib. Filialın daha bir yetirməsi elə həmin liqada çıxış edən Elmir Bayramov da komandasının uğurunda böyük pay sahibi olub. İkinci pillədə gedən TİM kollektivi 40 qol vurduğu halda üçünü öz qapısından buraxıb. Gənc çalışdırıcı həmçini qeyd edib ki, bundan sonra daha da istəklə çalışacaqlarını və bundan böyük nəaliyyətlər qazanacaqlarına inandığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail