Növbəti qələbə

31.01.2015 | 3549 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçiriblər. Stadium.Az xəbər verir ki, Bakcell U-14 Elit kubokunda mübarizə aparan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. B qrupunda əvvəl Mərkəz Elit Yığmasını 6:0, ardınca “Qarabağ”ı 8:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” yalnız Şimal-Qərb Elit Yığması ilə matçda müqavimətə rast gəlib. Lakin U-14 komandamız 3:1 hesablı qələbə qazana bilib.

U-13 və U-12 AFFA-nın Klublarda Futbol Akademiyası layihəsi çərçivəsində aşağıyaşlı futbolçulardan ibarət komandalar arasında 4 yaş qrupu üzrə keçirilən turnirlərdə mübarizəyə başlayıb. U-13 AZAL-ı 6:0, “Qarabağ”ı 5:0 hesabı ilə yenib. U-12 isə “Bakı”nı 4:1, “Neftçi”ni 2:1, “Rəvan”ı 5:0 hesabı ilə məğlub edib.

U-19 Liqasında çıxış edən “Qəbələ” AZAL-la səfər oyununda 2:3 hesabı ilə məğlub olub. 17-ci turda “İnter”lə qarşılaşacaq “qırmızı-qaralar” 14 matçda topladığı 26 xalla 3-cü pillədə qərarlaşıb.
U-15 Liqasında “Sumqayıt”ın qonağı olan “Qəbələ” iki cavabsız qolla qalib gəlib. 13 oyunda 32 xal toplayan komandamız liderliyini qoruyur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail