Onlar "Qəbələ"də yeni debüt edənlərdir

03.02.2015 | 3582 dəfə oxunub

2015-ci ilin ilk rəsmi oyunu “Qəbələ” üçün 6 debütlə əlamətdar olub.
 
Stadium.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 19-cu turunun “Bakı” ilə səfər oyunu baş məşqçi Roman Qriqorçuk və 5 futbolçu üçün komandada ilk matç kimi tarixə düşüb. 

Debütünü 2:0 hesablı qələbə ilə qeyd edən ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı rəsmi oyunlara çıxaran 9-cu məşqçi olub. Onadək Ramiz Məmmədov 139, ingiltərəli Toni Adams 47, Faiq Cabbarov 44, rusiyalı Yuri Syomin 42, türkiyəli Fatih Kavlak 27, rumıniyalı Dorinel Muntyanu 16, ispaniyalı Luis Araqon 6, Sənan Qurbanov 3 görüşdə komandanın “sükanı arxasında” olub Bu siyahıda 6-cı legioner olan Qriqorçuk “Qəbələ”də ilk ukraynalı çalışdırıcıdır.

Start heyətində meydana çıxan Rəşad Sadiqov, ukraynalılar Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fomin, qarşılaşmanın sonlarında debüt şansı qazanan belaruslu Mixail Sivakov ilk dəfə “qırmızı-qara” formanı geyiblər. Bu matçadək 10 illik tarixində 179 oyunçuya güvənən “Qəbələ”nin futbolçularının ümumi sayı 184-ə çatıb. Rəşad klub tarixində 96-cı yerli oyunçusudursa, əcnəbilərin sayı 88-ə çatıb. Paytaxtdakı görüşədək legionerlər 31 ölkəni təmsil edirdisə, Sivakov klub tarixinə ilk belaruslu kimi düşüb. Artıq 32 ölkənin təmsil olunduğu “qırmızı-qaralar”ın heyətindəki ukraynalıların sayı isə 9-a çatıb: Braziliya – 11, Ukrayna, Gürcüstan – hərəsi 9, Rusiya - 7, Serbiya, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Belarus, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.

“Qəbələ”də ən çox oyun keçirən futbolçular arasında 9-cu olan Ürfan Abbasov yubiley – 80-ci matçını keçirib. 4 mövsümdür “qırmızı-qara” formanı geyən müdafiəçi Azərbaycan çempionatlarında 72, ölkə kubokunda 7, Avropa Liqasında 1 qarşılaşmada iştirak edib.

“Qəbələ”nin heyətində 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Cavid Hüseynov komandanın heyətində ən çox 11 metrlik zərbə vuran 5 oyunçudan biridir: Kənan Kərimov – 8 (7 dəqiq), Leonardo da Silva – 5 (4), Samir Zərgərov – 5 (3), Cavid Hüseynov, Deon Barton – hər ikisi 4 (4). Ümumilikdə isə komanda 48 penaltidən 36-nı qola çevirə bilib.

Klub akademiyasının yetirməsi olan Elvin Camalov yubiley – 20-ci oyununda əsas klubun formasını geyib. Bu göstəricidə Tərzin Cahangirova çatan yarımmüdafiəçi akademiyanın yetirmələri arasında ən çox “qırmızı-qara” forma geyən Müşfiq Teymurovdan cəmi 1 matç geri qalır.

“Bakı”nın futbolçusu Vüqar Bəybalayev avtoqol müəllifi olub. Bu da “Qəbələ”nin tarixində 9-cü belə hadisədir. Onadək İlqar İbrahimov (“Şərur”), Osman Umarov (“Şahdağ-2”), Röyal Həsənov (“Viləş”), Natiq Qasımov (MOİK), Aleksandr Malıgin (“Simurq”), Alves Dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasiradze (hamısı AZAL) “qırmızı-qaralar”la görüşdə öz qapısına qol vurub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail