"Qəbələ"yə gəlməyən Kovalçuk: "Mənim üçün pul əsas deyil"

03.02.2015 | 3761 dəfə oxunub

“Karyeramı “Qəbələ”də davam etdirə bilərdim. Roman Qriqorçukla dekabrın sonlarında danışmışdıq. Seçimimi başqa cür etdim. Qriqorçuk məni anlayışla qarşıladı və qərarımı dəstəklədi”.

Stadium.Az xəbər verir ki, bu sözləri Ukraynanın “Metallist” klubunun yeni transferi Kirill Kovalçuk deyib. Adı “Qəbələ” ilə birgə hallanan, ancaq “Çernomorets”i “Metallist”ə dəyişən 28 yaşlı futbolçu ölkəsinin mətbuatına geniş müsahibə verib. Maraqlı fikirlər səsləndirən Kovalçuk onun üçün karyeranın puldan daha önəmli olduğunu bildirib:

"Qriqorçukla münasibətimiz əvvəlki kimi qalıb. Mənim üçün əsas odu ki, millidə oynayım. Razıyam, "Qəbələ"yə keçsəydim, daha çox pul qazanardım. Ancaq mənim üçün pul əsas deyil. “Çernomorets”də maaşımın 2 dəfə azaldılmasına da razı idim. Odu ki, qərarımın üstündə dururam və buna görə cavab verməyə hazıram”.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində “Çernomorets”dən Dmitri Bezotosnı, Aleksey Qay, Ruslan Fomin və Mixail Sivakovu transfer etsə də, Kovalçuku heyətinə qata bilməmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail