Ermənilər millimizin sabiq üzvündən imtina etdi

07.02.2015 | 3063 dəfə oxunub

Ermənistanın “Uliss” klubu Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanovu transfer etməkdən imtina edib. Stadium.Az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ş.Qurbanov bir yoxlama oyunu keçirdikdən sonra komandanı tərk edib və klub onunla müqavilə imzalamağı düşünməyib:

“Daha əvvəl biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss” də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.

“Uliss” klubunun açıqlamasında o da qeyd olunub ki, yalnız Ş.Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtı ilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etməsini biliblər:

“Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz" - deyə klubun yaydığı rəsmi məlumatda bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail