"Neftçi" Nforu bağışladı

13.02.2015 | 3288 dəfə oxunub

"Neftçi" əvəzedici heyətə göndərilən Ernest Nforu geri qaytarıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna kamerunlu hücumçunun əvəzedici komandanın məşqlərində səylə iştirak etməsi və meydana çıxdığı oyunlarda fərqlənməsi səbəb olub.

Belə ki, əvəzedicilərin son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən, onun əsas komandaya qaytarılmasına qərar verilib.

Qeyd edək ki, Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail