AZAL-ın legioneri "İbn Sina"da əməliyyat olundu - FOTO

13.02.2015 | 3665 dəfə oxunub

AZAL-ın yarımmüdafiəçisi Eduardo Konseysao Masiel Türkiyədə əməliyyat olunub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, braziliyalı legioner Ankarada "İbn Sina" xəstəxanasında bizlərə tanış olan həkim Mehmet Binnət tərəfindən əməliyyat olunub. Sağ dizinin ön çarpaz bağları qopmuş Edunun iki saat çəkən əməliyyatı uğurlu bitib və futbolçu fevralın 17-də Azərbaycana dönəcək.

Növbəti iki ay ərzində əsa ilə hərəkət edəcək və özəl xəstəxanaların birində müalicəsini davam etdirəcək orta xətt oyunçusu yalnız 4 ay yarımdan sonra komandayla birgə məşqlərə qatıla biləcək. Amma istənilən halda cari mövsüm Edu üçün artıq başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail