"Rəvan"da klubdaxili toplantı

14.02.2015 | 4123 dəfə oxunub

Fevralın 13-də "Rəvan” PFK-nın rəhbərliyi ilə Futbol Akademiyasının işçi heyəti arasında görüş baş tutub. Stadium.Az xəbər verir ki, klubun bazasında keçirilən toplantıda vitse-prezident İlqar Axundov, Akademiyanın rəhbəri Bəhmən Həsənov, məşqçi və inzibati heyət iştirak edib.

İclas zamanı "Rəvan” PFK-nın aşağı yaş qrupları üzrə komandalarının ölkə birinciliklərində çıxışı, futbolçuların gələcək perspektivləri, milli komandalara dəvət alan üzvlərin durumu, klubun bazasına yerləşdirilən oyunçuların yaşayış şəraiti, qidalanması, orta məktəbdə təhsilləri və s. məsələlər müzakirə olunub.

Toplantıda aşağı yaş qrupları üzrə hər bir komandanın məşqçilərinə, tibbi və inzibati işçilərə söz verilib. Çıxış edənlər gündəlik qarşılaşdıqları problemləri dilə gətiriblər ki, onların da ən qısa zamanda həllini tapacağı diqqətlərinə çatdırılıb.

İ.Axundov ümumilikdə Futbol Akademiyasının işindən razı qaldıqlarını bildirib və gələcək fəaliyyətlə bağlı müəyyən tapşırıqlar verib, tövsiyələrini çatdırıb. Klubun vitse-prezidenti "Rəvan” PFK-nın rəhbərliyinin uşaq futboluna böyük önəm verdiyini, gənc oyunçuların inkişafı üçün hər bir şəraitin yaradıldığını, iş prosesində üzə çıxan problemlərin isə həllini tapacağını söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail