"Qarabağ" 5-ə, "Sumqayıt" 3-ə çatdı

16.02.2015 | 3146 dəfə oxunub

"Sumqayıt" Premyer Liqada ardıcıl 3-cü dəfə heç-heçəylə kifayətlənib. Stadium.Az xəbər verir ki, Aqil Məmmədovun yetirmələri 2015-ci ildə keçirdiyi bütün qarşılaşmalarda qolsuz heç-heçəyə nail olub. “İnter” və “Bakı”nın ardından AZAL-la da qarşılaşmadan qol vurmadan, 1 xalla ayrılan sumqayıtlılar klub tarixinin ən uzun bərabərlik seriyasını təkrarlayıb. 2012-ci ilin payızında da ardıcıl 3 dəfə heç-heçə edən “Sumqayıt” “Kəpəz” (0:0), “Xəzər Lənkəran” (1:1) və “İnter”lə (0:0) qarşılaşmalarda 1 xal əldə etmişdi.

Qeyd edək ki, mövsümün ən uzun heç-heçə seriyası “İnter”ə məxsusdur – 5 oyun. Bakılılar mövsümün ilk yarısında əvvəl 1:1, ardınca isə 4 dəfə 0:0 hesablı heç-heçəyə imza atıb.

“Qarabağ” Topaz Premyer Liqasında mövsümün rekordunu təkrarlayıb. Qurban Qurbanovun yetirmələri 22-ci turda “Simurq”u 1:0 hesabı ilə məğlub edərək, uğurlu seriyanı 5-ə çatdırıb. 2014-cü ilin sonunda “Xəzər Lənkəran”ı 3:2, “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu il xal itirməyib. “Bakı”nı 4:1, AZAL-la “Simurq”un hər ikisini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatın I dövrəsində imza atdığı 5 oyunluq qələbə seriyasını təkrarlayıb. Çempionatın lideri sonuncu dəfə ötən il dekabrın 14-də “Qəbələ” ilə səfər oyununda xal itirib – 1:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail