Kapsa dayandı, Popoviç irəliləyir

16.02.2015 | 3289 dəfə oxunub

Premyer Liqanın 22-ci turu “Simurq”un qapıçısı Pavel Kapsanın “quru” seriyasının qırılması ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, 2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı “Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb. Reynaldo Silvanın qoluna qədər “Xəzər Lənkəran” (2:0), “Neftçi” (0:0) və “Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə “Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.

Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda “Sumqayıt”dır. Andrey Popoviç “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik “quru” seriyaya malikdir.

Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail