Rikardinyo rəsmən "Qəbələ"də!

16.02.2015 | 4307 dəfə oxunub

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" braziliyalı futbolçu Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. 

30 yaşlı cənubi amerikalı ilə 5 aylıq müqavilə imzalanıb. Rikardinyo kimi tanınan futbolçu Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, 2003-cü ilədək klubun yeniyetmə və gənclər, 2003-09-cu illərdə əsas komandasında çıxış edib. 2007-ci ildə isə müdafiəçi icarə əsasında “Atletiko”nun (Mineyro) şərəfini qoruyub. 

Braziliyalı “Koritiba”da 2 dəfə Paranaense çempionu titulunu qazanıb. 2009-cu ildə legioner karyerası yaşamaq üçün Avropaya üz tutan Rikardinyo İsveçin “Malmö” klubu ilə müqavilə imzalayıb. O, yeni klubunda sol cinah müdafiəçisi kimi çıxış etməyə başlayıb. Anlaşması 2014-cü ilin dekabrında başa çatan braziliyalı həmin müddətədək Skandinaviya ölkəsində çıxış edib. Cənubi amerikalı ötən ilin oktyabrında İsveç vətəndaşlığı da alıb. “Malmö”də çıxış etdiyi 5 ildə 3 dəfə (2010, 2013, 2014) ölkə çempionu, 2 dəfə (2013, 2014) superkubok qazanan Rikardinyo avrokubok təcrübəsinə də malikdir. Braziliyalı qitə miqyaslı turnirlərdə 26, İsveç klubunda isə 200 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” Rikardinyoya qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və belaruslu Mixail Sivakovu heyətinə qatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail