"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı bəyanat
"Qarabağ" klubu UEFA-nın apellyasiya şikayəti ilə əlaqədar bu gün açıqlanan qərarı ilə bağlı bəyanat yayıb. Stadium.Az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayılan bəyanatda deyilir:
"Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadasının qolu hesaba almaması nəticəsində Ağdam təmsilçisi yarışda mübarizəni dayandırıb.
Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, "Qarabağ"ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. "Qarabağ"ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də biganə qalmayaraq "Qarabağ" klubunu qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirib.
Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanından diqqət və qayğısını əsirgəməyən dövlət başçısı hər nə qədər "Qarabağ" qrup mərhələsində mübarizəni dayandırsa da, möhtərəm prezidentimiz "Qarabağ"ı qalib saydığını bildirmiş və qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı "Qarabağ"ımıza hədiyyə olaraq təqdim edib. Prezidentimiz həmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda "Qarabağ"ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olub.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl elə ilk gündən baş verən haqsızlığa biganə qalmayaraq milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırışını müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanıb və UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşüb. Başqanımızın israrla "Qarabağ"ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilib.
Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Gürur Gaye Günal "Qarabağ"ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunub və olay UEFA-nın məhkəməsinə qədər daşınıb.
Vəkilimizin israrları və təkidləri sayəsində fevralın ayının 5-nə təyin olunmuş məhkəmədə "Qarabağ" rəhbərliyinin eləcə də çoxmilyonlu ictimaiyyətin tələbi - "Qarabağ"ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməyib və vəkilimiz yenidən qərardan şikayət olunmasıyla bağlı vəsadət qaldırmışdı.
Bu gün gözlənilən qərar açıqlanıb. Düzdür, gözlənildiyi kimi oyun yenidən keçirilməsi haqqında qəbul olunmayıb. Amma, baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığını bildirilib. Hər nə qədər "Qarabağ"ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də, bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunub. Belədə oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşıb. Belə ki, məhkəmədə hakimin cəzalanması hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilib.
Beləliklə, "Qarabağ" rəhbərliyi, ölkə ictimaiyyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini verib. Hakimlərin cəzalanmasıyla bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidir...".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |