Kintana "Qarabağ"a yayda keçə bilər

18.02.2015 | 4067 dəfə oxunub

Yay transfer pəncərəsinin açılmasına xeyli vaxt qalsa da, “Qarabağ” artıq indidən heyətini gücləndirir. Sportal.az-ın əldə etdiyi məlumata görə, ölkə çempionu yaxın günlərdə yeni transferini reallaşdıracaq.

Qurban Qurbanovun maraq dairəsinə düşən futbolçu ispandır. “Qarabağ”ın çalışdırcısı Dani Quintananı hələ ötən mövsüm gözaltı edib. Ancaq həmin vaxt Polşanın “Yaqelloniya” klubunda çıxış edən Danini transfer etmək mümkün olmayıb. Mövsüm bitən kimi ispan futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” klubuna keçib.

Lakin 2013/2014 mövsümündə Polşa çempionatında 10 qol vuran hücuma meylli futbolçu “Əl-Əhli”də özünü narahat hiss etdiyi üçün klubdan ayrılmaq qərarına gəlib. Bu fürsətdən yararlanmaq istəyən “Qarabağ” çoxdan izlədiyi futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Artıq 28 yaşlı futbolçu ilə danışıqlar yekunlaşmaq üzrədi.

Danışıqlar zamanı Dani deyib ki, artıq indidən “Qarabağ”ın düşərgəsinə gəlməyə hazırdır. İspan futbolçunun tez gəlməsi “Qarabağ” üçün də sərfəlidir. Belə olsa, Qurban Qurbanov onu rahatlıqla avrokubok oyunlarına hazırlaya biləcək və ispan futbolçunun adaptasiya olması üçün də kifayət qədər vaxtı olacaq. 

Stadium.Az isə Kintana ilə digər maraqlı məlumatlar əldə edib. Belə ki, ispan futbolçu "Qarabağ"a ancaq yayda keçə bilər. Bu barədə klub prezidenti Çezari Kuleşaməlumat verib: "Qaydalara görə, Dani ancaq bizim kluba qayıda bilər. Çünki futbolçu bir mövsümdə 3 fərqli komandada çıxış edə bilməz. Onu geri qaytarmaq üçün "Əl-Əhli" rəhbərliyi ilə danışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail