Sxadadze qalmaqaldan danışdı

19.02.2015 | 3021 dəfə oxunub

“Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq. Hesabda geri düşdükdən sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq". 

Stadium.Az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 23-cü turunda bərabərə qaldıqları AZAL-la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. 

Gürcüstanlı mütəxəssis oyunun çətin keçdiyini və futbolçularının psixoloji problemləri olduğunu bildirib: "Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdır. Çox çətin bir oyun alındı". 

Oyundan sonra baş verən qalmaqala da toxunan Sxadadze deyib: "Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail