Tərlan Əhmədov: "Məni yandıran odur ki..."

19.02.2015 | 3523 dəfə oxunub

"Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq. İkinci hissədə isə imkanlarımız oldu. Məni yandıran odur ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk". 

Stadium.Az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 23-cü turunda bərabərə qaldıqları "İnter"lə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis komandasının heyətində müəyyən problemlər olduğunu bildirib: "Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. "İnter"lə bugünkü oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə “Neftçi”də çıxış etdiyim vaxtlarda səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə paltardəyişmə otağına getdik. İndi isə belə hallar yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail