Reynaldo "Qarabağ"ın tarixinə düşdü

21.02.2015 | 2849 dəfə oxunub

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Premyer Liqada 30-cu qolunu vurub. Stadium.Az xəbər verir ki, son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.

Azərbaycan çempionatında debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub.

Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində “Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.

1.Müşfiq Hüseynov – 109

2.Samir Musayev – 44

3-4.Mahir Əliyev, Yalçın Bağırov – 33

5. Reynaldo Silva – 30



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail