Mirbağır İsayev: "Anton Krivatçuk çox güclü futbolçudur"

23.02.2015 | 3741 dəfə oxunub

Azərbaycan U-17 millisinin baş məşqçisi Mirbağır İsayevin Goal.Az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Anton Krivatçukun Azərbaycan millisinə dəvət alması birmənalı qarşılanmadı, çünki klubsuzdur. Sonradan isə bildirildi ki, Antonu Azərbaycana siz gətirmisiz...

- Bəli, mən gətirmişəm.


- Ümumiyyətlə, Anton Krivatçuk kimdir? 

- Anton Krivatçuk hazırda U-17 millimizin üzvüdür. Ona kimi millidə bir çox müdafiəçiyə baxmışdım. Millimizin tərkibinin 99 faizini azərbaycanlılar təşkil edir. Onu bura gətirməkdə məqsədimiz isə müdafiə xəttini gücləndirməkdir. O niyyətlə də Antonu bura dəvət etmişəm. Şükürlər olsun ki, yanılmamışam. Potensialı böyük olan futbolçudur. Əsas məsələ də ondadır ki, Krivatçukun millimizdə oynaması üçün Ukrayna Futbol Federasiyasının və onun valideyinlərinin razılığı var. Biz heç kimdən xahiş etmirik ki, gəlsin, millidə oynasın. Layiq olanların hamısına dəvət yollayırıq. Anton da potensialı böyük olan futbolçudur və buna layiqdir.


- Antonun oyununa baxmamışam, amma deyirsiz, yaxşı futbolçudur. Bəs yaxşı futbolçu niyə klubsuzdur?

- Anton Azərbaycan millisin seçib, amma mənə xoş olardı ki, o, burada yox, Ukraynada oynasın. Ancaq Ukraynada vəziyyət çox pisdir, siyasi gərginlik var və müharibə gedir. Buna görə də Anton hazırda klubsuz qalıb. Biz isə istəyirik ki, Antonu hansısa bir xarici kluba verək. Antonun özünün meneceri var. Mən sadəcə futbol tərəfində onlara məsləhət verirəm. Əfsuslar olsun ki, Rusiya ilə keçirdiyimiz yoldaşlıq oyununda Anton ən zəif oynayanlardan biri idi. Bu, futboldur, o isə futbolçu deyil. Hələ futbolçu olmaq istən, futbolçu olmaq şansı olan 16-17 yaşlı uşaqdır.


- Daha əvvəlki klubu hansı olub?

- Bilmirəm.


- Bəs siz onu harda görüb, bəyənmisiz?

- 2008-ci ildə Popoviçi Azərbaycana gətirən, hazırda Donetskdə yaşayan Şahin adlı həmyerlimiz Krivatçuku "Sumqayıt”a gətirmişdi. Onu bu komandanın əvəzedici heyətində görmüşdüm. Orada gördüm və milliyə dəvət etdim. "Sumqayıt”ın əvəzedici heyətində məşqlərini və oyununu izlədim, bəyəndim. Onun milliləşdirilməsini də AFFA-nın baş katibi Elxan Məmmədovdan düz beş ay mən xahiş etmişəm. Baş katib mənə dedi ki, ukraynalıdır, olmasın, amma mən israr etdim və sağ olsunlar ki, milliyə dəvət etdilər. Antonun yaxşı oyunları var. Onunla bir çox komandalar maraqlanır, amma mənim niyyətim onu Azərbaycanda hansısa komandada görmək deyil.


- Millimizin baş məşqçisi Robert Prosineçkinin Anton Krivatçuku əsas komandaya dəvət etməsinə necə yanaşırsız?

- Birinci onu deyim ki, mənə özümə aid sualları verin. Belə də yaxşı baxıram. Prosineçki Antonu hada gördü? U-17-nin Xorvatiya "Split”inə qarşı oyununda. Bütün məşqçilər ordaydı. Anton da o oyunda ən yaxşılardan biri idi. Baxmauaraq ki, Anton Rusiya ilə oyunun ən 3 pis çıxış edən futbolçusundan biri oldu. Ola bilər ki, bu, onun əsas milliyə dəvət almasının həyacanından idi. Üstəlik, milliyə məşq etmədən gəlmişdi. O, hələ uşaqdır, futbolçu deyil, amma potensialı böyükdür. Prosineçkinin də fikrinə hörmətlə yanaşıram. İnanıram ki, bu amil o futbolçuya stimul olacaq. Ancaq unutmamalıdır ki, o, U-17-nin futbolçusudur.


- Mətbuatda bir xəbər də yayılıb ki, Krivatçuku "Neftçi” istəyib, amma siz bu keçidə icazə verməmisiz. Demisiz ki, futbolçu olmaq istəyirsə "Qarabağ”a keçsin...

- Mənə onun pulu maraqlı deyil. Onun keçid məsələləriylə də meneceri məşğul olur. Amma bir şeydə maraqlıyam ki, Anton Azərbaycanda yox, ölkə xaricində oynasın. Qara Qarayev, getdi "Malaqa”ya. Hər nə olur olsun, gəlməsin, qalsın orada. Mən yaxşı bilirəm ki, hansı çempionatda çıxış edən futbolçu millimizə necə xeyir verə bilər. Bu yaşda nə qədər onları kənara çıxarda bilsək, futbolumuz üçün o qədər xeyirli olar. Bizim futbolçuların xaricdə oynaması üçün dil problemi var. Sağ olsun AFFA rəhbərliyi. İndi hər cür şərait yaradıblar. U-17 harda olsa, İngilis dili müəlliməsi Rəhimə müəllimə həmişə bizimlədi və uşaqları yaxşı öyrədir. Çox sevinirəm ki, bizə bu şəraiti yaradıblar. Krivatçukun ağası mən yox, meneceridir. Amma menecerə də demişəm ki, əsas üstünlük xarici ölkə çempionatı olmalıdır. Anton başqa bir yerdə oynasa, milliyə mən istədiyim Anton kimi gəlməsə, heç vaxt oynamayacaq. Millidə heç kim üçün daimi yer yoxdur. Kim layiqidirsə o da oynayacaq.


- Bəs Rusiya ilə oyun barədə fikirləriniz necədir?

- Bu qarşılaşma barədə onu deyim ki, ən pis oyunla ruslara 1:2 hesabıyla uduzduq.


- Niyə ən pis oyunla?

- Bizim hazırda əsas məqsədimiz "11”liyi yox, "18”yi düzəltməkdir. Hər oyuna da qələbə üçün çıxırıq. Ruslarla oyunda da onlara orta xətdə uduzduq. Amma sona kimi mübarizə apardıq. Baxmayaraq ki, çox zəif çıxış etdik. Əsas heyətin 5 aparıcı üzvü də bu oyunda yox idi.


- U-17-ə kənardan yeni futbolçular cəlb oluna bilər?

- Əlbəttə, hər an ola bilər. "Krasnodar”dan Ruslan Rzayev var. Çox istəyərdim ki, millimizdə olsun. Özü də istəyir ki, millimizdə çıxış etsin. AFFA şərait yaratdı, getdim, özüylə də, valideyinləriylə də danışdım. Əslən Masallı rayonundandırlar. Bəzi məsələlər var, həll olunsa, millimizdə çıxş edə bilər. Bu işlə də AFFA-dan olan rəsmi şəxslər məşğul olurlar. Kiyev "Dinamo”sundan Orxan İbadov. Bileti də aınmışdı, gəlməliydi. Amma son oyununda qasığından zədələnib deyə, gələ bilmədi. Bizim dayaq yarımmüdafiəçimiz Kazım Birkan da oxuduğu məktəblə problemi olduğu üçün gəlmədi. Çünki bura gəlsəydi, sinifdə qala bilərdi. Hollandiyada oynayan Ziya Əzizov da yox idi. O, komandanın əsas üzvlərindən biridir. Millinin kapitanı Hacı zədəlidir, barmağı sınıb. İndi Allaha şükürlər olsun ki, 3 heyətimiz var. Onların arasından da əsas heyəti seçirik. Mənə qələbə lazım olsaydı, bütün futbolçuları milliyə yığardım. Anası xəstə olanı gətizdirərdim, barmağı sınanı oynadardım. Mənə ilk növbədə futbolçularımın can sağlığı lazımdır. Onlar futbolçu olmaq istəyirlər. Əsas odur ki, avropa çempionatının ikinci seçmə mərhələsinə hazır komanda çıxardaq.


- Bu mərhələdə Xorvatiya, Portuqaliya və Serbiyayla qarşılaşacağıq. Bu barədə fikirləriniz...

- Rəqiblərimizin hamısı bizdən güclüdür. Həmişə də rəqibləri özümüzdən güclü saymışam. İlk mərhələdə oynadığımız Belçika, İsveçrə, Bosniya və Hersoqovina çox güclü millilər idi.


- Qrupdan çıxmaq mümkün olacaq?

- Bu barədə ancaq onu deyə bilərəm ki, biz bütün rəqiblərlə oyunlarda meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail