"Qarabağ"a görə sabiq klubuna "yox" dedi

25.02.2015 | 4783 dəfə oxunub

Polşanın “Yagelloniya” klubunun sabiq futbolçusu Dani Kintananı heyətinə qaytarmaq istəyi baş tutmayıb. Stadium.Az xəbər verir ki, ispaniyalı futbolçunun qayıdışına Azərbaycandan aldığı təklif mane olub.

Peşəkar karyerasına “Valensiya”da başlayan 28 yaşlı hücumameylli yarımmüdafiəçi çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən özünə yeni komanda axtarışında olan Kintana icarə əsasında Polşa təmsilçisinə keçməyə yaxın olub. Onun 2013-14-cü illərdə oynadığı kluba qayıdışı gerçəkləşmək üzə olduğu vaxtda Azərbaycandan təklif alıb.

Adı açıqlanmasa da, bu klubun "Qarabağ"olmasə ehtimalı yüksəkdir.Çünki bir müddət məhz Ağdam klubunun təcrübəli futbolçu ilə maraqlandığı deyilirdi. Yəni, "Qarabağ"ın təklifi yarımmüdafiəçini Polşaya dönmək fikrindən daşındırıb. Hazırda məxsus olduğu klubla danışıqlar aparan ispaniyalı gələcək karyerasını tam aydınlıq gətirməyə çalışır.

Dani Polşada başlayan legioner karyerasınadək İspaniyanın aşağı dəstə təmsilçilərinin formasını geyib. Yarımmüdafiəçi ilk peşəkar klubu olan “Valensiya”da isə yalnız B komandasının formasını geyib.



  #1   Adınız: Subhan Samidov;   E-mail: [email protected]

26.02.2015 13:14

Qarabagin bu transferi cox ela olar.
1 de catismayan Chumbinho du ki oda Insallah duzelecek.
o da tamamlandiqdan sonra qarabag tam heyyet olacaq Inshallah.
VE GOZDE BIZI AVROPA.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail