Tovuzda AFFA-ya qarşı aksiya keçirildi

26.02.2015 | 3579 dəfə oxunub

Tovuzlu futbol fanatları ölkə başçısına və AFFA prezidentinə etiraz məktubu ünvanlayıblar. Stadium.Az xəbər verir ki, Elxan Məmmədovun 1 gün öncə ölkə mətbuatına verdiyi açıqlama tovuzlu azarkeşləri olduqca hiddətləndirib. 

 Baş katibin “Turan”ı ləkələdiyini bildirən fanatlar şəhər stadionunun qarşısında aksiya da  keçiriblər. Məmmədovun “Turan”-“Neftçi” oyunu haqda danışması və onun açıq şəkildə ev sahibi komandanı oyun satmaqda günahlandırmasının məntiqsiz olduğunu qeyd edən azarkeşlər “əgər belədirsə “Neftçi” niyə çempionatda iştirak edir”, “Əgər bu sübüt olunubsa niyə cinayətkarlar cəzasız qalıblar”, “Elxan Məmmədov başçılıq etdiyi qurumdakı dediyi kimi oyun alveri varsa və o, bunun qarşısını ala bilmirsə, utanmadan açıq şəkildə etiraf edirsə,bəs onda o nəyə lazımdır?” kimi suallar ünvanlayıblar. “Futbolun inkişafına çalışmadansa milli komandlara lazımsız türk, dağıstanlıları doldurmaq, Premyer Liqanı 9 komanda ilə keçirmək, oyun alverini bilə-bilə cəzasız qoymağın özü elə əsl cinayətdir” deyən fanatlar yerli televiziya kanalını da  aksiyaya dəvət ediblər. Kanala danışan fəal azarkeşlər, iş görməkdənsə boş-boş danışan baş katibin “Turan” və “Neftçi” azarkeşlərinə qara yaxdığını və içtimaiyyət qarşısında onlardan rəsmi şəkildə üzr istəmələrini tələb ediblər. 

Sonda azarkşelər ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, AFFA prezidenti Rövnəq Abdullayevə, Milli Məclisə eləcə də tovuzlu deputatlara rəsmi şəkildə etiraz məktubu ünvanlayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail