Nikolay Adam: "Bu cür oyunla onların milli formanı geyinməyə haqqı çatmır"

26.02.2015 | 2516 dəfə oxunub

“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündür, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidir. Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim".

Stadium.Az xəbər verir ki, bu sözləri İrlandiyada təşkil olunmuş təlim-məşq toplanışında bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 0:6 hesablı məğlubiyyəti ilə başa çatan yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam deyib. Almaniyalı mütəxəssis affa.az saytına açıqlamasında futbolçularını sərt tənqid edib:

"Uşaqlar, demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzurdu. Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempiuonatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm. Bu cür oyunla heç bir futbolçunun yığma komandanın formasını geyinməyə haqqı çatmır. Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir".

Adam bu cür davam edəcəyi təqdirdə Fransadakı elit-raund mərhələsində işlərinin çox çətin olacağını vurğulayıb: "İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil. Bu hesabın qeydə alınmasının əsas səbəbi futbolçularımızın bu gün xarakter göstərməməsi oldu. Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail