Millimizin üzvü məşqlərə başladı, amma...

26.02.2015 | 2760 dəfə oxunub

Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 28-də "İnter"in qonağı olacaq "Simurq" hazırlıqları davam etdirir. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, bu gün baş tutan məşqdən öncə komanda Xocalı faciəsində şəhid olan vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib.

Baş məşqçi Georgi Çixradze faciə ilə bağlı fikirlərini səsləndirib, bu cür cinayətin cəzasız qalmayacağına inandığını bildirib. Daha sonra Zaqatala təmsilçisi hazırlığa başlayıb. İki saata yaxın davam edən çalışmalarda yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir isə hazırlıqlara qoşulub. Ancaq müdafiəçi hələ ki, komandadan ayrı məşqləri davam etdirir.

Bu gün keçirilən məşqlə Zaqatalada çalışmaları tamamlayan "Simurq" sabah Bakıya gələcək. Komanda son məşqini qarşılaşmanın keçiriləcəyi "İnter Arena"da edəcək.

Qeyd edək ki, "İnter" - "Simurq" oyunu fevralın 28-də keçiriləcək və saat 15:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail