Qurbanov arzusuna çatdı: "Valensiya"nın yetirməsi "Qarabağ"da

26.02.2015 | 5051 dəfə oxunub

"Qarabağ" uzun müddətdir, almaq istədiyi futbolçunun transferini gerçəkləşdirib. Stadium.Az xəbər verir ki, Ağdam klubu ispaniyalı yarımmüdafiəçi Dani Kintananın "hə"sini alıb.

Bunu sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov təsdiqləyib: "İlyarımdan artıqdı ki, onunla yaxından maraqlanırdım. Hələ onda gətirmək istəyirdim, indi alındı. "Polşada oynadı, ordan getdi Səudiyyə Ərəbistanına. Sənədlərini alması  çətin olub. Biz istəyəndə müqaviləsi vardı. "Yagelloniya"dan ayrılanda isə bura gəlməsi mümkün olmadı. Artıq özüylə danışmışıq, yaxın günlərdə burdadı. Transfer vərəqi özündədi".

Qurbanovun dediyinə görə, "Valensiya"nın yetirməsi birbaşa müqaviləyə imza atacaq. Anlaşmanın müddəti isə üçillikdi. O, azad agent statusu ilə kontrakt bağlayacaqları tanınmış futbolçunun yayadək "Qarabağ"ın düşərgəsində qalacağını, komandaya öyrəşməsini istədiyini bildirib:

"Biz onu yayda, yeni mövsüm başlayanda iştirak ərizəsinə sala bilərik. Bu mövsüm iki klubda oynayıb. Mən Daninin daha tez adaptasiya keçməsini və alışmasını istəyirəm. Çalışacağıq ki, bu, onda qısa müddətdə alınsın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail