Qvineya yığmasının futbolçusu "Neftçi"də

30.08.2011 | 5191 dəfə oxunub

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirir. Stadium.az xəbər verir ki, transferin son günlərində Ruslan Abışovu itirən paytaxt klubu boşluğu əcnəbi futbolçu ilə doldurur.
Belə ki, "Neftçi" bir neçə gündü ölkəmizdə olan Kanfori Sillanı heyətinə qatır. Artıq komandanın hazırlıqlarına qatılan futbolçu ilə anlaşma əldə olunub. Rəsmi müqavilənin sabah imzalanması gözlənilir.
Sillanı ölkəmizə "Simurq" çağırmışdı. Lakin Zaqatala klubu sonradan bu futbolçu ilə müqavilə bağlamadı. "Simurq" futbolçunun bəyənilmədiyini desə də, Sillanın meneceri Yusuf Uncular zaqatalalıların tələb olunan pulu vermədiyini bildirib. Belə ki, qvineyalı futbolçu ayda 10 min dollar maaş istəyib, "Simurq" isə 6 min dollar təklif edib. Bu səbəbdən tərəflər analaşa biliməyib.
31 yaşlı Silla müdafiədə və yarımmüdafiədə oynayır. O, karyerası ərzində Belçikının "Çarleroy" (66 oyun), Yunanıstanın "Etnikos" (54 oyun, 3 qol), "Kallitea" (25 oyun), Türkiyənin "Sivasspor" (49 oyun, 8 qol), "İstanbul BB" (19 oyun, 4 qol) və "Konyaspor" klublarında çıxış edib. Futbolçu Qvineya yığmasında 38 oyun keçirib.
Bu futbolçu vətənində Kafu ləqəbi ilə tanınır. 2004-cü ildə Afrika Millətlər kubokunda komandası ilə yarımfinala çıxıb. Lakin Maliyə 1:2 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

fanat.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail