Kaue çempionluq haqda: "Əvvəldən proqnoz vermək yanlış olar"

27.02.2015 | 3270 dəfə oxunub

"Neftçi" hər oyuna qələbə üçün çıxır. "Sumqayıt"la matçda da bizi yalnız 3 xal qane edir. Fikrimcə, maraqlı və gərgin oyun olacaq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Kaue da Silva deyib. Braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında"Sumqayıt"la qarşıdakı oyundan danışıb:

"Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz. Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq."

Çempionluq mübarizəsinə də toxunan qaradərili yarımmüdafiəçi sona qədər yüksək yerlər uğrunda oynayacaqlarını bildirib: "Çempionluq uğrunda mübarizədə "Qarabağ" böyük üstünlük qazanıb. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün oynayacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail