"Qəbələ": 100-cü qələbə
“Qəbələ” Azərbaycan çempionatları tarixində güclülər dəstəsində 100-cü qələbəsini qazanıb. Stadium.az klub saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXIV turunun “Qarabağ”la səfər matçınadək elitada keçirdiyi 261 matçdan 99-nu 3 xalla başa vuran “qırmızı-qaralar” yubiley uğurunu son çempionla görüşdə əldə edib. Namiq Ələsgərovun avtoqolu ilə gələn 1:0 hesablı qələbə 64 heç-heçə və 98 məğlubiyyəti olan komanda üçün 100-cü qalibiyyət olub.
İlk qələbəsini 2006-cı il avqustun 26-da qazanan Qəbələ təmsilçisi “Gilan” adı ilə əldə etdiyi həmin zəfərə də səfərdə 1:0 hesabı ilə nail olmuşdu. 9 il öncə Qusar “Şahdağ”ı Quba Olimpiya Kompleksinin meydanında məğlub edilmişdi. 50-ci qələbə 2011-ci il mayın 19-da “Muğan”la ev oyununa təsadüf edib – 2:1.
“Qırmızı-qaralar” 100 qələbədən 58-ni evdə, 42-ni səfərdə qazanıb.
Komandamız daha çox qələbəni 2013/14 mövsümündə əldə edib: 2006/07 – 4, 2007/08 – 11, 2008/09 – 9, 2009/10 – 13, 2010/11 – 13, 2011/12 – 15, 2012/13 – 10, 2013/14 – 18, 2014/15 – 7.
Baş məşqçi Roman Qriqorçuk 3-cü qələbəyə sevinib: Onun həmkarları Ramiz Məmmədov 43, Yuri Syomin 18, Toni Adams 17, Fatih Kavlak 13, Dorinel Muntyanu 3, Faiq Cabbarov, Luis Araqon və Sənan Qurbanov hərəyə 1 dəfə belə sevinc yaşayıb.
“Qəbələ” Premyer Liqada qarşılaşdığı klublardan yalnız ikisinə - “Masallı” və “MKT-Araz”a qalib gəlməyib. “Qarabağ”ı 7-ci dəfə məğlub edən “qırmızı-qaralar” 100 qələbəni 19 komanda üzərində əldə edib: “Turan” – 11, “Simurq”, “Bakı” – 9, “Sumqayıt” – 8, “Qarabağ”, “Neftçi” – 7, “Muğan”, “Xəzər Lənkəran” – 6, “İnter”, AZAL, “Rəvan”, “Standard” – 5, “Karvan” – 4, MOİK, “Gənclərbirliyi” – 3, “Kəpəz”, “Bakılı”, ABN – 2, “Şahdağ” – 1.
“Qəbələ” daha çox 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə isə 9 müxtəlif qələbə hesabı qeydə alınıb: 1:0 – 31, 2:1 – 28, 2:0 – 17, 3:0 – 8, 3:1 – 7, 4:0 – 4, 4:1 – 3, 6:0, 3:2 – 1.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |