"Qəbələ" son məşqinə çıxdı

04.03.2015 | 3093 dəfə oxunub

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununun hazırlıqlarını başa vurub. Stadium.az klubun saytına istinadən xəbər verir ki, bu gün Qəbələ şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan “qırmızı-qaralar” bu gün son məşqinə çıxıb.

Roman Qriqorçukun futbolçuları oyuna tam heyətlə hazırlaşa bilməyib. Düzdür, Rəşad Sadiqov zədədən sonra tam sağalaraq komanda ilə birlikdə məşq edib. Lakin Cavid Hüseynov yalnız fərdi hazırlıqla kifayətlənib, hələ də zədədən əziyyət çəkən Ruslan Əmircanov isə ümumiyyətlə məşqə qatılmayıb.

"Qəbələ" - "Simurq" qarşılaşması sabah, saat 19:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

İlk dəfə hər iki komandanın birinci dəstədə çıxış etdiyi 2005/06 mövsümündə qarşılaşan rəqiblər 30-cu dəfə üz-üzə gələcək. Bu matçlarda 12 dəfə “Qəbələ”, 10 dəfə “Simurq” qalib gəlib, 7 dəfə qalib müəyyənləşməyib. Vurulan 59 qoldan 32-ni “qırmızı-qaralar”, 27-ni rəqibi vurub. Kubokda yalnız 1 dəfə üz-üzə gələn rəqiblər 2007/2008 mövsümünün 1/8 finalında görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə “Qəbələ” səfər qolu ilə mərhələ adlamışdı – 1:0, 1:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail