İcraiyyə Komitəsi qərarları açıqladı

06.03.2015 | 3981 dəfə oxunub

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, “Park İnn” otelində baş tutan tədbirdə aparılmış müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunacaq. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.

Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara 3 növ cəzalar tətbiq olunacaq: Klubun aktivindən xalların silinməsi, maliyyə sanksiya və futbolçunun diskvalifikasiyası.

2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını I divizionda davam etdirəcək. Aşağı dəstədən Premyer Liqaya AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan 2 klub yüksələcək.

2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar  AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçiriləcək.

Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail