"Bəzi adamlar bu müsahibədən öz xəbərdarlıqlarını götürsünlər" - MÜSAHİBƏ

10.03.2015 | 5843 dəfə oxunub

"Bakı" klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi


- "Bakı"nın problemlərinin hələ də həll olunmayıb. Bu məsələ niyə bu qədər uzanır? 

- Hər şey öz qaydasındadır, baxmayaraq ki, çətinliklər də göz qabağındadır. Elə sizin vasitənizlə "Xəzər Lənkəran"ın sponsoruna buradan mesaj göndərmək istəyirəm. Dəfələrlə söyləmişəm: "Bakı" klubunun heç bir maliyyə çətinliyi yoxdur. Amma bəzi biznes strukturları, iş adamları ilə aramızdakı maliyyə əməliyyatlarından qalmış borcları vaxtında qaytarılmayıb. Bu da bizə ciddi təsir edib. Təkcə "Bakı"nı yox, klubumuzun digər öhdəliklərini nəzərdə tuturam. Məsələn, bu gün Fransada "Lans"ın vəziyyəti çox ağırdır. Klubun aqibətinin həll olunmasına hətta saatların qaldığını deyərdim. Ona görə də sizin vasitənizlə "Xəzər Lənkəran"ın sponsoruna müraciətim var. Ad da çəkə bilərəm: Ələddin Aykaça müraciət edirəm ki, elə bu gün bir tədbir görsün. Bizə olan borcun qalığını təcili ödəməlidirlər.


- Borc qalığının məbləği nə qədərdir?

- Məbləği açıqlamaq düz deyil. Amma "Bakı"nın uzunmüddətli büdcəsi edir.


- Sizə daha hansı biznes strukturlarının borcu var?

- Bəzi yoldaşlar var. Elə "Xəzər Lənkəran"ın sponsoru ilə məsələmizi həll etsək, heç bir problem qalmayacaq. Nə "Bakı" klubunda, nə də "Lans"da. "Bakı" futbol klubunun heç bir maliyyə problemi yoxdur. Klubun sponsoru "Baghlan Group" Azərbaycanda ilk kommersiya təşkilatlarından biridir ki, beynəlxalq standartlarla qurulub. Bəzi çətinliklər oldu. Ona görə də reytinqimiz əlimizdən alındı. Amma bu, elə bir şeydir ki, yenidən bərpa edəcəyik. Əmin etmək istəyirəm ki, nə "Bakı" klubu, nə də sponsoru kasıb təşkilat deyil. İllərlə yatırdığımız külli miqdarda vəsaitin vaxtında dönməməsi üzündən belə vəziyyət yaranıb. Bəzi təşkilatların üzrlü səbəblərdən ödəmə qabiliyyətləri yoxdur. Onları başa düşürük. Amma "Bakı"nın sponsoru "Baghlan Group"un vəsaitləri vaxtında verilsə, bir çempionatı saxlamaq olar.


- Borcluların hamısı yerli şirkətlərdir?

- Biznes strukturlarındandırlar. Bəzi təşkilatlar da var. Çox xahiş edirəm: "Xəzər Lənkəran"ın sponsorunu tapın və deyin ki, borcu ödəsin. Məbləği demirəm. Amma günü bu gün elə bir məlumat gəlməlidir ki, artıq biz fransızlara pulu ödəməliyik. Fransa səfiri Paskal Mönye bu gün səhər saat 5-də bizim yanımızdan gedib. Azarkeşlərin bəziləri "Lans"ın PSJ ilə oyunu zamanı təxribat törətmək istəyiblər. Sabah başqa şeylər də ola bilər. Ona görə bu, çox ciddi məsələdir. Mən də məcbur oldum, sizin vasitənizlə müraciət etməyi qərara aldım. Bir ildən çoxdur susurdum. Özünüz də görürsünüz ki, susuram. Danışacağam, özü də necə... Bəzi adamlar bu müsahibədən öz xəbərdarlıqlarını götürsünlər. Ad açıqlamıram, təşkilatın adını da söyləmirəm.


- İspaniya mətbuatında məlumat yayılmışdı ki, yayda "Atletiko”yla başa çatacaq müqavilə müddəti artırılmayacaq...

- Bu müqavilə müddəti yayda yox, oktyabrda başa çatacaq. Digər ölkələrdən bir çox istəklər var. Onların seçimi üçün danışıqlar gedir. "Land of Fire Azerbaijan" "Atletiko”ya uğur gətirib. Bu müqavilənin artılıb-artırılmayacağı barədə qərar məsləhətlərdən sonra veriləcək. İndi onlara bizdəkindən da daha yaxşı təkliflər var, amma bizimlə əməkdaşlıq onalara uğur gətirdiyi üçün, ilk seçimləri bizik.


- Oktyabra qədər "Land of Fire Azerbaijan" loqosu qalacaq?

- Bəli, "Land of Fire Azerbaijan" oktyabra qədər "Atletiko”nun formasında dəqiq olacaq.


- "Atletiko”nun "Land of Fire Azerbaijan" forması ilə reklama daha aşağı məbləğə razı olması barədə danışıqlar olub?

- Əlbəttə, digər ölkələrdən də təkliflər var ki, bizimkindən 3 qat yüksəkdir. Amma Madrid tərəfi qeyd edib ki, Dieqo Simeone ilə "Land of Fire Azerbaijan"ın gəlişi eyni vaxtda düşüb. Bu da Madrid klubunun tarixində böyük iz qoyub. Bu səbəbdən, onlar ilk növbədə "Land of Fire Azerbaijan"la davam etmək istəyirlər. Özü də büdcənin digər təkliflərdən aşağı olmasına baxmayaraq, seçimləri budur.


- "Bakı"nın maddi vəziyyətinin yaxşılaşdırılması üçün hansı işlər gedir?

- "Bakı" ilə bağlı bu cür məsələ olmamalı idi. Amma oldu, tarix yazıldı. Aramızda danışıqlar olub, nə qədər sifarişlər, məktublar yazılıb. O zaman da xəbərdarlıq etdik ki, çox təhlükəli bir vəziyyətə çatırıq. Həm biz, həm də Fransa klubunda vəziyyət pisləşirdi. Bilirsiniz ki, həm "Bakı" klubu, həm də himayəçilik Azərbaycana məxsusdur. Onlardan xahiş etmişdik ki, bizə çatmalı olan məbləği gecikdirməsinlər, vaxtında ödəsinlər. Heç bir reaksiya yoxdur. Sizin vasitənizlə demək istəyirəm, bəlkə sifarişi eşidərlər və borcları ödəyərlər. Bu, elə bir şeydir ki, müddəti yoxdur. Bu gün axşam, ya da birinci gün həll etməlidirlər. İndi "Lans”da "anti-Hafiz", "anti-Jerve" şüarları da səsləndirilib, oyun yarımçıq dayandırılıb. Borcu olanlara böyük hörmətimiz var, amma düşünüb qərar verməlidirlər.


- "Palmali"nin sahibi Mübariz Mənsimovla söhbətiniz oldumu?

- Sözün düzü, Mübariz bəyi narahat etməmişik. Danışıqlarımız Ələddin bəylə olub. Onu da indi tapa bilmirik. Axtardıq, amma tapa bilmədik. Bəlkə mətbuat onu bizim əvəzimizə tapa bilər. Bunu Mais Mənsimova da söyləmişik. Ondan da xahiş etmişik və kömək məqsədilə çalışıb ki, pul ödənilsin. Amma Ələddin bəyin işləri ilə bağlı ola bilər ki, zamanı yoxdur. Vəziyyət o həddə çatıb ki, bu pul ödənilməsə, Fransada çox böyük problemlər olacaq.


- "Bakı" yeni mövsümdə çempionatda iştirak etməyə bilər?

- Xeyr, "Bakı"nın yeni mövsümdən başqa bir iddiası olacaq. Əvvəlki ambissiyalarla bərabər daha səliqəli, akademiyanın uşaqları və öz futbolçularımızla daha iddialı komanda olacağıq. Heyətə bir neçə səviyyəli legioner də cəlb edib yaxşı komanda yaradacağıq. Yeni mövsümdən əvvəlki "Bakı"nı izləyəcəksiz.


- Məlum hadisələrdən sonra bir rəhbər kimi "Bakı" klubuna qarşı dəyişən münasibətləri gördünüzmü?

- Sözün düzü, daha yaxşı münasibət gördüm. AFFA çox yardım etdi və Rövnəq müəllimə, Elxan Məmmədova təşəkkür edirəm. Bazada suyun, qazın verilməsində müvəqqəti çətinlik olduqda AFFA bizim əvəzimizdən ödəmələr etdi. AFFA hər zaman arxamızdadır. Dəyişiklik olub, amma müsbət tərəfə doğru dəyişilib. Bizə çox böyük dəstək oldular.


- Vəziyyət düzələrsə həm "Lans", həm də "Atletiko”yla sponsorluq müqaviləsini artırmaq fikriniz var?

- Əlbəttə, ancaq tək ağırdır. İstəyərdim ki, digər biznes strukturları da bizimlə bərabər danışıqlar aparsın. Ola bilsin, bəziləri ilə danışdıq. Çünki "Land of Fire Azerbaijan" Azərbaycanın adıdır. Bəlkə bərabər bir şeylər fikirləşək, iki ildir biz sponsorluq edirik. Biz yanımızda Azərbaycanın digər iş adamlarını da görmək istəyirik. Onlar da bir tərəfdən dəstək versinlər ki, bu iş davam etsin. Özünüz də "Atletiko”nun uğurlarını gördünüz. Ötən il rəsmi olaraq 250 milyon adam "Land of Fire Azerbaijan"ı seyr etdi. Bilirsiniz ki, bunun da hansı effekti var.


- "Bakı" klubu ilə Azərbaycan Qolf Federasiyasının arasında problemlərin olduğu doğrudur?

- Vallah bilmirəm, burada olmamışam. Ancaq deyirdilər ki, nəsə olub.


- Suyu kəsiblər...

- Bilmirəm, mən də mətbuatdan oxuyurdum. Ancaq elə bir şey idi ki, mən gələndə artıq məsələ həll olunmuşdu. Ona görə də heç dərinə getmədik. UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund AFFA İcraiyyə Komitəsinin iclasında AFFA-nın hesabat konfransında da Azərbaycanın təcrübəsinin xaricdə tətbiq olunması haqda fikir bildirdi. Yadımdadır, FİFA prezidenti Yozef Blatter qadınların çempionatından sonra Moskvadakı tədbirdə qeyd etmişdi ki, gedin, Azərbaycana baxın. Görün ki, islam ölkəsi qadınların çempionatını hansı səviyyədə təşkil edib. "Bakı" təlim-məşq bazasında 17 yaşadək qızlar arasında dünya çempionatı vaxtı 2 həftə ərzində 84 məşq təşkil etdi. Bir çox bölgələrdə yeni stadionlar salınanda bir neçə aydan sonra bağlanılıb. Ona görə də bazamızın fəaliyyətini davam etdirməsi üçün köməklik göstərilməlidir. Bu baza Azərbaycanda keçiriləcək beynəlxalq görüşlər üçün də əhəmiyyətlidir. Ona görə də orada hansısa neqativ iş görmək Azərbaycan idmanına qarşı addım ola bilər. Kimin nə edib-etmədiyini bilmirəm. Amma məsləhətim odur ki, bir daha belə şey etməsinlər.


- "Bakı"nın hücumçusu və Azərbaycan Premyer Liqasının bombardiri Nurlan Novruzov Azərbaycan millisinə dəvət edilmədi. Bununla bağlı nə deyə bilərsiz?

- Millinin baş məşqçisi var. Mənimlə başqasının baxışları eyni ola bilməz. Prosineçki mütəxəssisdir. Bəlkə başqa şeylər hiss edib, görüb? Bu sualı ona görə verirsiniz ki, "Bizimlə intriqa olduğu üçün çağırmayıb" cavabını verim? Belə şey yoxdur. Heç bir məşqçi o işi görməz. Çünki məşqçiyə nəticə vermək lazımdır. Oyunçu yaxşıdırsa, komandaya cəlb edəcək. Axı öz adıdır.


- Sizə borcu olan digər strukturların adların nə vaxt açıqlamaq istəyirsiz?

- Bu barədə düşünürəm. İndi hazırda "Palmali" bizim pulumuzu verməlidir. Əgər onlardan borcumuzu alsaq, nə "Bakı”nın, nə də "Lans”ın problemi qalacaq. Bununla da əsas çətinlik aradan qalxacaq. Əgər yaxın günlərdə borcu olanlar ödəmələri etməsələr, hər birinin adın açıqlayacam.


- Sıxıntılı günlərdə ən çox dəstəyi hansı turukturdan gördüz?

- Kluba AFFA çox kömək edir. Şəxsən AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, Assosiasiya rəhbərliyi diqqət və qayğısın "Bakı” klubundan əsirgəmir. Bizim əvəzimizə maddi ödəmələri belə ediblər. Daha bundan artıq necə kömək edə bilərlər? Rövnəq müəllim həz zaman yanımızdadır. Buna görə də komandada vəziyyət düzələcək. Biznes fəaliyyətimizdə isə "Paşa Bank”la Milli Bank yanımızda oldu. Hər iki bankın rəhbərliyinə də burdan elə sizin vasitənizlə dərin təşəkkürümü bildirirəm. Həm "Paşa Bank”, həm də Milli Bank bizdən əlindən gələn köməkliyi əsirgəməyib. Onların sayəsində bir çox çətinliklər aradan qalxıb. Yəqin ki, ən qısa zamanda bütün problemlər həll olacaq və işlərimiz əvvəlki qaydasına düşəcək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail