Əli Gökdəmir komanda ilə məşqlərə başladı

13.03.2015 | 3247 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Simurq" doğma arenada "Qəbələ"ni qonaq edəcək. Stadium.Az xəbər verir ki, ilk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran Zaqatala klubu hazırlıqları tamamlayıb.

Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan Zaqatala təmsilçisi bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan "Simurq" istirahətə çəkilərək görüşün başlama vaxtını gözləməyə başlayıb. 

Görüşə tam heyətlə hazırlaşan "sarı-qaralar"da uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. "Qəbələ" ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək. 

Sabah saat 17:00-da start götürəcək qarşılaşmanı Ramil Diniyev idarə edəcək. Oyun "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail