"Qarabağ"dan növbəti rekord

16.03.2015 | 4096 dəfə oxunub

“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı” ilə hər iki oyunda böyükhesablı qələbə qazanıb. Stadium.Az xəbər verir ki, ilk matçda 3:0, cavab qarşılaşmasında 4:1 hesabı ilə qalib gələn Ağdam klubu buna nail olan 3-cü komanda olub.

Belə ki, 1992-ci ildən start götürən ölkə kubokunun tarixində bunadək yalnız iki dəfə 1/4 finalda eyni komanda hər iki görüşdə 3 və ya daha çox top fərqilə qalib gəlmişdi. 1994/95 mövsümündə “Neftçi” paytaxt derbisində “İnşaatçı”dan üstün olub – 5:1. 2000/01 mövsümündə isə “Dinamo-Bakılı” (indiki “Bakı”) “Real”a gücünü göstərib – 4:0, 3:0.

Bu dəfə 1/4 finalın 8 oyunundan 4-də böyükhesablı nəticə qeydə alınıb. “Qarabağ”dan başqa, “İnter” “Xəzər Lənkəran”, “Simurq” isə “Qəbələ” ilə səfər oyununda 3 cavabsız qol vurub. Bir mövsümdə 1/4 finalda 4 böyükhesablı nəticənin qeydə alınması isə ölkə kuboku tarixinin rekordudur. İndiyədək ən çox – 3 belə hesab 1994/95, 2000/01 və 2003/04 mövsümlərinin 1/4 finalında qeydə alınmışdı.



  #1   Adınız: FUAD;   E-mail: [email protected]

20.03.2015 13:47

SALAM. HAMINIZIN BAYRAMIN TEBRIK EDIREM. MEN QARABAGIN
FANATIYAM. OZUDE TEKCE OLKE LIQINDE DEYIL DUNYA LIQINDEDE 1-
CI FAVORITIMDIR. MENCE XARICI KULUBLARDAN EL CEKIB OLKE
KULUBLARIMIZIN GUCLU FANATI OLUB XARICI KULUBLARLA REQABET
APARMAGIMIZIN VAXTIDIR...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail