"Avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir"

17.03.2015 | 3908 dəfə oxunub

"İnter"lə oyuna çox yaxşı hazırlaşmışıq. Fikrimiz yalnız qələbə qazanmaqdır. Səfər oyununda 3 xal qazanmağa köklənmişik. Kollektiv oyun nümayiş etdirib, meydanda vahid komanda kimi mübarizə aparsaq, bunu bacararıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib. Premyer Liqanın martın 18-də keçiriləcək XXVI turunda əyalət təmsilçisi "İnter"lə qarşılaşaсaq. Son 3 turda qələbə qazanan "qırmızı-qaralar" səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır. Hüseynov qarşıdakı görüşlə bağlı fikirlərini gabalafc.az-la bölüşüb:

"Komanda yeni formalaşır. Bu üzdən bizə zaman lazım idi. Bizim də kifayət qədər vaxtımız olub. Artıq hər şey sabitliyə doğru gedir. İndiki mövqeyimizdən razı deyilik. Bunu düzəltmək üçün qələbələr qazanmalıyıq. Çempionatın son 3 oyununda qalib gəlmişik. "İnter"lə oyunda bu seriyanın daha uzunmüddətli olması üçün çalışacağıq. Düzdür, çempionatla yanaşı, kubokda da uğurlu çıxış edib, finala qədər irəliləmək istəyirdik. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Çünki avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir. Hər matça qələbə üçün çıxıb, 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail