Paytaxtda mərkəzi oyun, Lider Sumqayıt səfərində

17.03.2015 | 3611 dəfə oxunub

Sabah Premyer Liqada XXVI tura start veriləcək. Stadium.Az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.

Tur "Bakı" "Simurq" oyunu ilə başlayacaq. Çempionatda bütün iddiasını demək olar ki, itirən "zolaqlılar" üçün artıq bütün matçlar formal xarakter daşıyır. Paytaxt klubu yalnız elitada qalmaq üçün mübarizə aparır ki, hazırkı vəziyyət də bu da mümkünsüz görünür. "Simurq" isə mey

dana sırf qələbə üçün çıxacaq. Georgi Çixradzenin komandası avrokuboklara vəsiqə qazanmaq üçün Bakıdan 3 xal aparmağa çalışacaq.

Günün eyni saatda başlayan iki oyununda "Qarabağ" səfərdə "Sumqayıt"ın, "Xəzər Lənkəran" isə AZAL-ın qonağı olacaq. Ağdam klubu səfərə maksimum nəticə üçün yollanacaq. Cari mövsümdə də çempionluğa ən iddialı namizəd olan Qurban Qurbanovun komandası daha xal itirmək niyyətində deyil. "Sumqayıt" isə ən azı 1 xala ümid edəcək. "Gənclik şəhəri" təmsilçisini təhlükəli zonadan cəmi 8 xal ayırır. Bu baxımdan "Sumqayıt"a da xal və ya xallar lazımdı.

AZAL - "Xəzər Lənkəran" matçında favorit meydan sahibləri hesab olunur. Avrokuboklar uğrunda mübarizə aparan "təyyarəçilər" "Xəzər Lənkəran" səddini itkisiz keçmək istəyir. Qonaqların isə artıq çempionatda ciddi iddiası qalmayıb. "Ağ-yaşıllar" daha çox növbəti mövsümün planlarını cızırlar.

Turun mərkəzi qarşılaşmasında isə "İnter" və "Qəbələ" klubları üz-üzə gələcəklər. "İnter Arena"dakı matça hər iki komanda qələbə üçün çıxacaq. "İnter" liderdən geri düşməmək, "Qəbələ" isə avrokuboklara vəsiqə qazanmaq niyyətindədi. Bu baxımdan görüş hər iki tərəf üçün vacib əhəmiyyət daşıyır.


Premyer Liqa

XXVI tur

18 mart (çərşənbə)

15:00. “Bakı” – “Simurq”

İlk 2 dövrədəki oyunlar: 2:1, 2:5

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. AZAL - “Xəzər Lənkəran” 
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1

“AZAL Arena”

16:00. “Sumqayıt” – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: +:-, 0:2

Kapital Bank Arena”

18:00. “İnter” – “Qəbələ”

İlk 2 dövrədəki oyunlar: 4:0, 1:1

"İnter Arena"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail