Sankoh: "Bizim üçün 3 xal çətin olacaq"

18.03.2015 | 3797 dəfə oxunub

“AZAL güclü komandadır. Onlara qarşı oynamaq heç də asan olmayacaq”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko deyib. 

O, bu gün Premyer Liqanın 26-cı turunda AZAL-a qarşı keçirəcəkləri oyundan danışıb: “Bizim üçün 3 xal çətin olacaq. Amma öz oyunumuzu göstərməyə və səfərdən xal qazanmağa çalışacağıq. Kubokda mübarizəni dayandırdıqdan sonra çempionatda yaxşı çıxış etməliyik. İnanıram ki, yaxşı nəticə olacaq”.

Afrikalı futbolçu komandanın bu vəziyyətindən narahat olduğunu da sözlərinə əlavə edib: “Qış fasiləsindən sonra 6 oyundan 5-ni məğlub olmuşuq. Bu çox pisdir. Mən belə vəziyyətə nifrət edirəm. Hər dəfə uduzmaq olmaz. Cəmi bir qələbəmiz var. Buna soy qoyub uğur qazanmalıyıq. Ən azından heyət də pis deyil. Əlimizdən gələni etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail