"İnter" 201 gün sonra

19.03.2015 | 3199 dəfə oxunub

Bakının "İnter" klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ardıcıl 18 qarşılaşmada xalsız qalmayan paytaxt təmsilçisi 26-cı turun "Qəbələ" ilə ev matçında meydanı məğlub tərk edib – 1:2.

Sonuncu dəfə 4-cü turun “Xəzər Lənkəran”la görüşündə uduzan Kaxaber Sxadadzenin komandası “Xəzər Lənkəran”la səfər matçından (0:1) sonra heç kimə 3 xal verməmişdi. “İnter” 2014-cü il avqustun 29-da aldığı məğlubiyyətdən 201 gün sonra meydanı üzgün tərk edib.

Paytaxt təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xalsız qalıb. Əvvəlki 11 oyunda uduzmayan bakılılar sonuncu dəfə ötən mövsüm – 2014-cü il martın 16-da öz meydanında məğlubiyyətə üzülmüşdü. 367 gün əvvəl “Qarabağ”dan 3 cavabsız qol buraxan “İnter” son 16 ev oyununda 12 qələbə qazanıb, 4 heç-heçə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail