"Qəbələ"dən dörddə dörd!

19.03.2015 | 3809 dəfə oxunub

“Qəbələ” Topaz Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri XXIII turda başlanan uğurlu seriyanı XXVI turun “İnter”lə oyununda da davam etdirib. Səfərdə paytaxt təmsilçisinə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 4 oyunluq seriyada 2 dəfə ev, 2 dəfə səfərdə 3 xal əldə edib.

Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komandamız ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-da “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlinin ilk iki pilləsindəki klubları onların meydanında xalsız qoyub.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ” üçün 4 oyunluq qələbə seriyası rekord göstəricidir. 9 ildə 2 dəfə belə nəticəyə imza atan “qırmızı-qaralar” 5-in astanasında dayanmışdı. 
Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında da 4 qələbə sıralamışdı. 2012-ci il oktyabrın 31-də “Qarabağ”, 3 gün sonra “Neftçi” ilə oyunların hər ikisində 2:1, noyabrın 19-da “Kəpəz”i 2:0, 25-də “Rəvan”ı 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” ilk və son qələbəsini səfərdə qazanmışdı. Həmin uğurlu seriya dekabrın 2-də “Bakı” ilə ev oyununda qırılmışdı - 0:2.
Ötən mövsümün sonunda isə bürünc medalların qazanılmasında rolu olan 4 oyunluq qələbə seriyası aprelin 20-də “Rəvan”la səfər oyununda başlamışdı. Həmin oyunda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 7 gün sonra evdə “Simurq”u 1 cavabsız qolla keçmişdi. Mayın 2-də səfərdə “Neftçi” (2:1), 7-də evdə “Bakı”dan (3:1) 3 xal alan komandamızın seriyası “İnter”lə oyunda qırılmışdı. Mayın 12-də Bakıda qolsuz heç-heçə qeydə alınmışdı.

Təxminən 1 il sonra yenidən 5-ci qələbə üçün Bakıya yollanacaq “Qəbələ” mütləq rekordunu müəyyənləşdirmək üçün XXVIII turun AZAL-la görüşündə də qalib gəlməlidir. Bu matç aprelin 5-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail