"Qəbələ"dən kimlər ayrıldı?

20.03.2015 | 3488 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında fasilə yarandığından “Qəbələ” futbolçuları istirahətə buraxılıb.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXVI turun “İnter”lə səfər oyunundan (2:1) sonra bəzi legionerlər vətəninə yollanıb, yerli oyunçular isə düşərgədən ayrılıb. Baş məşqçi ukraynalı Roman Qriqorçuk və bəzi legionerlər fasilə dövründə də Azərbaycanda qalmağa üstünlük verib.

Fasilədən sonra baş tutacaq ilk turu buraxacaq “qırmızı-qaralar” hazırlıqlarını martın 23-də bərpa edəcək. Həmin gün Qriqorçukun komandası Qəbələdə axşam məşqinə çıxacaq. Lakin millilərin düşərgəsində olan futbolçular hazırlıqlara qatılmayacaq.

“Qəbələ” növbəti oyununu aprelin 5-də AZAL-a qarşı keçirəcək. XXVIII tur çərçivəsindəki qarşılaşma səfərdə baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail